Bu gün:

Paxla- lobyanın faydaları nələrdir?


Bitkilər içərisində zülal nisbəti yüksək olan lobya; vitaminlər, minerallar, lif, fol turşusu, manqan, mis, fosfor, dəmir və kalium baxımından çox zəngindir.

Yaz fəslinin gəlməsinin ilk müjdəçilərindən biridir. Qurudulmuş lobya təzə olanlardan daha sağlamdır. Bu bitki B1 vitamini, B2 vitamini, B6 vitamini və K vitamini ehtiva edir, həmçinin maqnezium, dəmir, kalsium və kaliumla zəngindir. Bu faydalı bitki ölkəmizin demək olar ki, hər yerində bitsə də, Türkiyənin Antalya, Aydın və İçel kimi Aralıq dənizi və Egey bölgələrinə məxsusdur.1 stəkan (170 qram) bişmiş lobyanın tərkibində 187 kalori, 33 qram karbohidrat, 13 qram protein, 9 qram lif və 1 qramdan az yağ var. 

Lobyanın faydaları:

Dərinin sağlamlığını qorumağa kömək edir. 

Dopamin mənbəyidir. 

Bağırsaq hərəkətlərini artırır. 

Böyrək funksiyalarını tənzimləyir. 

Sinə xəstəliklərinə və öskürəyə xeyirlidir. 

İmmunitet sistemini gücləndirir.

Pis xolesterolu azaltmağa kömək edir. 

Zülal ilə zəngindir.

Sidik yollarının təmizlənməsinə kömək edir.

Ürəyin dostudur.


Mənbə: npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et