Bu gün:

Ağrı kəsicilər ağrılı bölgəni necə tapır?


Bədənimizdə ağrıları aradan qaldırmaq üçün istifadə etdiyimiz dərmanlar bədənin ağrıyan hissəsini necə tapır?

Qoxu qəbulu və fermentlərin fəaliyyəti kimi açar kilidi bənzətməsi tez-tez müxtəlif bioloji proseslərin necə baş verdiyini izah etmək üçün istifadə olunur. Ağrı kəsicilərin ağrılı bölgəni necə tapması da eyni bənzətmə ilə izah edilə bilər.

Hüceyrələrin səthində yüzlərlə, bəzən hətta minlərlə atomdan ibarət zülallar var. Fərqli protein molekulları fərqli formalara malikdir. Eynilə, müxtəlif ağrıkəsicilərin tərkibində olan kimyəvi molekulların formaları da bir-birindən fərqlidir. Dərmanların tərkibindəki kimyəvi maddələr açar kimidir. Onlar yalnız özlərinə uyğun formaları olan zülallara (kilidlərə) bağlanırlar.

Ağızdan alınan ağrıkəsicilərin tərkibindəki kimyəvi maddələr qanla qarışdıqdan sonra bütün bədəndə dolaşmağa başlayır. Fərqli hüceyrələrin səthində fərqli zülallar olduğundan, ağrıkəsicilərin tərkibindəki molekullar təsadüfi hüceyrələrə bağlanmır, lazımi zülallara malik hüceyrələri tapana qədər hədəflərini axtarmağa davam edirlər. Elektrik qüvvələri də dərmanların düzgün hüceyrələrə bağlanmasında rol oynayır. Dərman molekulları və zülalların bir-birinə bağlanan hissələri əks yüklü olduqları üçün bir-birlərini çəkirlər.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et