Bu gün:

Niyə bəzi insanlar yuxuda gəzirlər?


Yuxuda gəzmənin dəqiq səbəbi məlum deyil, ancaq ailələrdə baş verdiyi görünür. Əgər, ailənizin digər üzvlərinin yuxuda gəzmə kimi problemləri varsa, bu tip hadisələrin sizin üçün də baş vermə ehtimalı yüksəkdir.



Aşağıdakılar yuxuda gəzməyə səbəb ola və ya onu daha da pisləşdirə bilər:


* kifayət qədər yuxu almamaq

* stress və narahatlıq

* xüsusilə uşaqlarda yüksək hərarətlə infeksiya

* həddindən artıq spirt içmək

* narkotik qəbulu

* müəyyən dərman növləri, məsələn, bəzi sedativlər

* qəfil səs-küy və ya toxunma ilə ürkmək, dərin yuxudan qəfil oyanmağa səbəb olur.


Obstruktiv yuxu apnesi və narahat ayaqlar sindromu kimi gecə tez-tez birdən oyanmağınıza səbəb ola biləcək digər yuxu pozğunluqları da yuxuda gəzinti epizodunu tətikləyəbilir.


Kifayət qədər yatdığınızdan əmin olmaq yaxud da streslə mübarizə aparmaq və azaltmaq üçün strategiyalar üzərində işləmək kimi bu tətiklərin bəzilərinin qarşısını almaq üçün addımlar atmaq çox vaxt kömək edəcəkdir.


İnsan yuxuda gəzəndə nə baş verir?


Yuxuda gəzən zaman insan sadəcə çarpayıda oturub ətrafa baxa bilər, bu zaman qısa müddət ərzində onlar çaşqın görünür. Digərləri yataqdan qalxıb gəzə, şkafları aça, geyinə və ya yemək yeyə, həyəcanlı görünə bilərlər.


Həddindən artıq hallarda, şəxs evdən çıxa və avtomobil idarə etmək kimi mürəkkəb fəaliyyətləri həyata keçirə bilər.

Kimsə yuxuda gəzərkən gözlər adətən açıq olur, baxmayaraq ki, insan birbaşa insanların içinə baxır və onları tanımır. Onlar tez-tez tanış obyektlərin ətrafında yaxşı hərəkət edə bilirlər.


Yuxuda gəzən bir insanla danışsanız, onlar qismən cavab verə və ya mənasız sözlər söyləyə bilər.


Yuxuda gəzinti epizodlarının əksəriyyəti 10 dəqiqədən az davam edir, lakin bu daha da uzana bilər. Hər hərəkətin sonunda insan oyana yaxud da yatağına qayıdıb yuxuya gedə bilər.


Normalda, insanlar bu barədə tamamilə yaxud da qismən xatırlaya bilirlər. Yuxuda gəzərkən oyanarsa, insan çaşqınlıq hiss edə və nə baş verdiyini xatırlaya bilməz.



Yuxuda gəzən birini tapsanız nə etməli?


Yuxuda gəzən birini görsəniz, edəcəyiniz ən yaxşı tədbir onun təhlükəsiz olduğundan əmin olmaqdır. Əgər narahat olmasalar, onlar tez-tez yenidən yuxuya gedəcəklər. Onları sakitləşdirərək yatağa qaytarmaq ən yaxşı seçimdir.



Yuxuda gəzinti üçün müalicələr


Yuxuda gəzinti üçün xüsusi müalicə yoxdur, lakin bu məsləhətlər faydalı ola bilər:


* hər gecə eyni vaxtda yatmağa çalışın

* yatdığınız zaman yataq otağınızın qaranlıq və sakit olduğundan əmin olun

* yatmazdan əvvəl içkiləri, xüsusən də, tərkibində kofein olanları məhdudlaşdırın 

* yatmazdan əvvəl isti vanna qəbul etmək, kitab oxumaq və ya dərindən nəfəs almaq kimi istirahət etməyin yollarını tapın

* əgər uşağınız əksər gecələr eyni vaxtda yuxuda gəzirsə, normal yuxuya getməzdən 15-30 dəqiqə əvvəl onu qısa müddətə yumşaq bir şəkildə oyatmağa çalışın – bu onun normal yuxu dövrünü dəyişərək yuxuda gəzməsini dayandıra bilər.


Yuxu və gənc uşaqlar haqqında oxuyun


Dərman, adətən, yuxuda gəzmələri müalicə etmək üçün istifadə edilmir. Bununla belə, tez-tez yuxuda gəzirsinizsə, həmçinin özünüzə və ya başqalarına ciddi xəsarət yetirmək riskiniz varsa, bəzən benzodiazepinlər yaxud da antidepresanlar kimi dərmanlardan istifadə olunur. Bu dərmanlar yatmağınıza kömək edə bilər və yuxuda gəzinti epizodlarının tezliyini azalda bilər.

Bilişsel-davranışçı terapiya (CBT) və ya hipnoterapiya kimi müalicələr bəzən faydalı ola bilər.



Mənbə: www.nhs.uk

Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et