Bu gün:

Dünyanın ilk saatını kim icad edib?


Saat gündəlik həyatımızın ən vacib ehtiyaclarından biridir. Bu gün milyonlarla insan bir çox növ saatlardan, xüsusən də, qol saatlarından istifadə edirlər. Saat həyatımızın hər sahəsində fəal şəkildə istifadə etdiyimiz əşyalardan biridir. İlk saatın kəşfi çox uzaqlara gedib çıxır. Qədim dövrlərə gedib çıxan saatın tarixi bir dəfə istehsal olunmamış, davamlı olaraq inkişaf edib.


Saatı kim icad edib?


İndiki saatların əcdadı sayılan ilk saatı Çin alimi Su Sonq icad edib. Su Sonq dövrünün ən mühüm alimlərindən biri hesab olunurdu. Onun ixtira etdiyi ilk saat mexaniki quruluşa malik idi və su ilə işləyirdi.

İlk mexaniki istehsal olunan analoq saatlar Yakob Zek adlı alim tərəfindən icad edilmişdir. Daha sonra hər kəsin adını eşitdiyi dahi Qalileo tərəfindən hazırlanmışdır. İlk müasir yay saatları alman alimi Peter Henlein tərəfindən icad edilmişdir. Gördüyünüz kimi, saat bir nəfər tərəfindən istehsal olunmayıb. O, yüz illər ərzində inkişaf edib və indiki formasını alıb.

İlk saat nə vaxt tapılıb?


İlk saatın ixtirası minlərlə il əvvələ gedib çıxır. Saatlar təkcə gündəlik planlaşdırma üçün faydalı deyil. İqtisadiyyatda, ticarətdə, kapitalda və sistemdə əsas ehtiyaclardan biridir. Bu səbəbdən onun ehtiyacı 6 min il əvvəl tanınaraq istehsal edilmişdir. Bu gün istifadə etdiyimiz müasir saatların əcdadı ilk dəfə 1525-ci ildə icad edilib.

Saatlar təkmilləşməyə davam edəcəkmi?


Şübhəsiz ki, saatlar günü-gündən təkmilləşməyə davam edəcək. Bunun səbəbi texnologiyanın günü-gündən inkişafı və populyar mədəniyyətin faydalarıdır. Son 5 ildə toxunma ekranlı”sensor” saatlar böyük bir artım əldə etsə də, klassik analoq qol saatlarına üstünlük verilməkdə davam edir. Bundan əlavə, saatlar artıq sürətlə geyilə bilən texnologiyalar arasında öz yerini tutur.


Mənbə: Hizlisaat


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et