Bu gün:

Fibromiyalgiya nədir? Fibromiyalgiya simptomları nələrdir?


Xəstəlik yorğunluq, yuxusuzluq və depressiya kimi müxtəlif fiziki və psixoloji simptomlarla müşayiət olunur. Əhalinin təxminən 3% -də görülən Fibromiyalgiya sindromu nədir? 

Fibromiyalgiya bədənin müəyyən nöqtələrində ümumi əzələ ağrıları və xroniki ağrı ilə xarakterizə olunan yumşaq toxuma revmatizmidir. 

Fibromiyalgiya nədir?

Fibromiyalgiya əzələlərdə və sümüklərdə geniş yayılmış ağrı, həssaslıq və ümumi yorğunluq sahələri ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Simptomlar subyektivdir və heç bir testlə ölçülə bilməz. Xəstəliyin aydın bir səbəbi yoxdur və buna görə də tez -tez digər xəstəliklərlə qarışdırılır. Fibromialgiya sümük-əzələ sistemində yayılan ağrılar, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xroniki ağrı sindromudur. Fibromialgiya qadınlarda kişilərə nisbətən üç dəfə daha çoxdur.

Fibromiyalgiya səbəbləri nələrdir?

Fibromiyagiyanın dəqiq səbəbi hələ müəyyən edilməmişdir. Ancaq uzun illər davam edən araşdırmalar nəticəsində bəzi amillərin xəstəliyi daha da inkişaf etdirdiyi anlaşıldı.

Bu amillərə daxildir:

İnfeksiyalar: Əvvəlki müxtəlif yoluxucu xəstəliklər fibromiyalgiyanı tetikleyebilir və ya simptomları pisləşdirə bilər.

Genetik faktorlar: Fibromiyalgiyaya ailə üzvləri arasında daha çox rast gəlinir. Tədqiqatçılar, müəyyən genetik mutasiyaların fibromiyalgiyanın inkişafında rol oynaya biləcəyini düşünürlər. Ancaq xəstəliyə aid genlər hələ müəyyən edilməmişdir.

Travma: Fiziki və ya emosional travma yaşayan insanlarda fibromiyalgiya inkişaf edə bilərlər. Narahatlıq post-travmatik stress pozuqluğu ilə əlaqələndirilir.

Stress: Fiziki və ya emosional travma kimi stres mənbəyi bədənə aylarla və ya illərlə davam edən uzunmüddətli təsirlər göstərə bilər. Stress, fibromiyalgiyaya səbəb ola biləcək hormonal pozğunluqlarla əlaqələndirilmişdir.

Şəxsiyyət quruluşu: Əsasən həssas quruluşa malik, mükəmməllikçi və hadisələrdən asanlıqla təsirlənən şəxslərdə görülür.

İnsanların fibromiyalgiya sindromunda xroniki geniş yayılmış ağrı yaşamasına səbəb olan faktorlar hələ də tam aydınlaşdırılmamışdır. Bəzi nəzəriyyələr beyinin müxtəlif amillərə görə ağrı mənbəyini aşağı saldığını və əvvəllər ağrısız olanın zamanla çox ağrılı olacağını bildirir.

Fibromiyalgiya hücumları necə baş verir?

Tez -tez şiddətlənən ağrı və artan yorğunluq fibromiyalgiya hücumunun əsas əlamətləridir. Hücum zamanı pis yuxu keyfiyyəti, bədbin mənfi düşüncələr, turşu axını, qol və ayaqlarda şişlik, uyuşma və gizildəmə kimi həzm problemləri də müşahidə olunur.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et