Bu gün:

Mürəbbə necə hazırlanır?


Yazda qış meyvələrini, qışda isə yay meyvələrini arzulayırsansa, mürəbbə hər fəsildə yemək üçün ən ləzzətli vasitədir.


Mürəbbə hazırlamaq mövsümi meyvə və tərəvəzləri növbəti aylarda istifadə etmək üçün ənənəvi texnikadır. Mürəbbə hazırlamaq yorucu görünsə də, bir neçə detal və məsləhətlə rəngarəng bankaları asan və praktik şəkildə hazırlamaq mümkündür.


Mürəbbə hazırlayarkən meyvələrin təzə olması çox vacibdir. Təzə yığılmış meyvələrdən hazırlanan mürəbbənin dadı digərlərindən fərqlidir. Mürəbbə hazırlamaq üçün lazım olan yeganə maddələr meyvə, şəkər və limon suyudur. Bu inqrediyentlərin nisbətinin yaxşı tənzimlənməsi mürəbbənin dadı üçün də çox vacibdir. Şəkər tərkibi istifadə olunan meyvədən asılı olaraq dəyişə bilər. Məsələn, şirin meyvələrdən istifadə edirsinizsə, şəkər və meyvənin miqdarı bərabər olmalıdır. Daha az şirin meyvələr üçün şəkərin 1,5 qatını əlavə etmək lazım ola bilər. Turş meyvələrdən istifadə edirsinizsə, şəkər miqdarınız meyvənin miqdarından iki dəfə çox olmalıdır. Şəkər nisbətini təyin etdikdən sonra meyvələri və şəkəri qarışdırıb bişməzdən əvvəl qazanda bir müddət buraxın. Bunun üçün 6-12 saat gözləmək tövsiyə olunur.


Meyvələriniz şişib suyunu buraxdıqda, mürəbbənizi orta odda qaynatmağa başlayın. Bu prosesdə ən vacib məsləhətlərdən biri onun üzərində tədricən əmələ gəlməyə başlayan köpüyü çıxarmaqdır. Bu köpüklər mürəbbənizin şəkərli olmasına və uzun müddət ərzində şəffaflığını itirməsinə səbəb olur. Buna görə şəffaf, dadlı və uzunmüddətli mürəbbə üçün köpüyü çıxarmaq çox vacibdir. Başqa bir ipucu; Mürəbbəniz qaynayarkən içinə yarım limonun suyu və ya 1-2 ədəd limon duzu əlavə etmək bu addım mürəbbənizin şəkərliləşməsinin qarşısını alır və ömrünü uzadır.


Mənbə:yemektekeyifvar.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et