Bu gün:

Subay insanlar evlilərdən daha xoşbəxtdir


Araşdırmalar göstərir ki, evlilik insanları subaylardan daha xoşbəxt və ya daha sağlam etmir. Alimlər evli və heç vaxt evlənməmiş insanların fiziki və psixi sağlamlığını araşdırıblar. Belə çıxır ki, subay insanlar evli insanlar qədər, bəzən hətta evlilərdən daha xoşbəxt olurlar.

Media və hətta elmi jurnallar evliliyin sağlamlıq və rifah üçün faydalı olduğu iddiaları ilə doludur. 

Bununla belə, metodoloji qərəzləri nəzərə alaraq araşdırmaya daha yaxından nəzər saldıqda belə iddiaların çox vaxt tədqiqatın nəticələrininin təhrifi və ya şişirtdilməsinin nəticəsi olduğu məlum olur.

İntihar, depressiya, tənhalıq, fiziki sağlamlıq və xoşbəxtliklə bağlı araşdırma nümunələri nəzərdən keçirildikdə nəticələr dəyişir.

Kütləvi tədqiqatlarda subay insanlar ümumiyyətlə hal-hazırda evli olanlarla oxşar xoşbəxtlik dərəcələrinə sahib görünürlər.

Tədqiqatda evlənmənin sağlamlıq və ya rifahda davamlı yaxşılaşma təmin etdiyinə dair çox az dəlil var. Əslində həyat tərzi nəzərə alındıqda subayların yaşadıqları həyat ilə daha xoşbəxt ola biləcəyi müəyyən edilmişdir.

Mənbə: ntv.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et