Bu gün:

Vegetarianlığın növləri


Bir vegetarian ət, quş əti və ya balıq kimi heç bir heyvan əti yemir. Veqan isə daha sərt vegetariandır, o, həmçinin süd məhsulları, yumurta və heyvanlardan alınan hər hansı digər inqrediyentləri qəbul  etmir.

Vegetarian pəhriz nədir?

Vegetarian cəmiyyətinə görə, vegetarian heç bir ət, quş əti, ov, balıq, qabıqlı balıq və ya heyvan kəsiminin əlavə məhsullarını yeməyən kəsdir. Vegetarian pəhrizlər müxtəlif səviyyələrdə meyvələr, tərəvəzlər, taxıllar, paxlalılar, qoz-fındıq və toxumlardan ibarətdir. Süd, bal və yumurtanın daxil edilməsi riayət etdiyiniz pəhriz növündən asılıdır.

Vegetarianların ən çox yayılmış növləri bunlardır:

Lakto-ovo vegetarianlar: bütün heyvan ətindən qaçan, lakin süd və yumurta məhsulları yeyən vegetarianlar;

Lakto vegetarianlar: heyvan əti və yumurtadan qaçan, lakin süd məhsulları yeyən vegetarianlar;

Ovo vegetarianlar: yumurtadan başqa bütün heyvani məhsullardan qaçan vegetarianlar;

Veqanlar: bütün heyvan və heyvan mənşəli məhsullardan uzaq duran vegetarianlar. 

Bəzən vegetarianlar hesab etsələr də, peskatarianlar və fleksitariyalılar heyvan əti yeyirlər. Beləliklə, onlar texniki cəhətdən vegetarianlığın tərifinə aid deyillər. 

Baxmayaraq ki, vegetarianlar və veqanlar oxşar məqsədlər üçün heyvan mənşəli məhsullardan uzaq durmağı seçsələr də, bu seçim çox vaxt veqanlar üçün pəhrizdən kənara çıxır. Əslində, veqanizm tez-tez heyvan hüquqlarına güclü şəkildə bağlanmış bir həyat tərzi hesab olunur. Bu səbəbdən bir çox vegeterianlar da tərkibində ipək, yun, dəri və ya süet olan geyim əşyaları almırlar. Üstəlik, bir çox vegeterianlar heyvanlar üzərində sınaqlar keçirən şirkətləri boykot edir və yalnız heyvan mənşəli məhsulları olmayan kosmetika alırlar.

“Etik veqanlar” kimi tanınan insanlar sirklərdən, zooparklardan, at yarışlarından və əyləncə üçün heyvanların istifadəsini nəzərdə tutan hər hansı digər fəaliyyətlərdən uzaq durmağa meyllidirlər.

Mənbə: healthline.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et