Bu gün:

Şrek: bütün zamanların ən məşhur cizgi-filmi kimi


Şrek bütün zamanların ən ikonik animasiya seriyalarından biridir və 2000-ci illərin əvvəllərindəki cizgi-film mənzərəsini yenidən işləyib müəyyən etmişdir. Maraqlı personajların qarışığı, cəlbedici hekayə xətti sayəsində bütün zamanların ən çox gəlir gətirən animasiyasıdır. Onun uğuru, həmçinin DreamWorks-ə sonralar "Əjdahanı necə öyrətmək" və "Kung Fu Panda" kimi digər parlaq filmlərin yaranacağı platforma təsis etmək imkanı verdi.

Şrek nədən bəhs edir?

Cizgi filmi Şrek adlı böyük, yaşıl divin sərgüzəştlərinə həsr olunmuş film seriyasıdır. Uilyam Steyqin 1990-cı ildə yazdığı hekayələrə əsaslanan film Şrekin (Mike Myersin səsi ilə) şəhzadə Fionanı (Kameron Diazın səsi ilə) əjdahadan xilas etməsi ilə başlayır. 

Yolda o, səyahət üçün könülsüz olaraq dost kimi qəbul etdiyi hədsiz çox danışan Eşşək (Eddie Murphy tərəfindən səslənir) ilə qarşılaşır. Şrek Fiona ilə evlənir və sonrakı filmlərdə Fionanın ailəsi ilə görüşmək üçün uzun səfərə çıxır. Film olduqca gülməlidir, bəzi zarafatlar yalnız böyüklər üçün nəzərədə tutulub, yəni Şrek bütün yaş qruplarına xitab edir və hər kəs tərəfindən sevilir!

Şrek bizə nə öyrədir?

Şrek yalnız gülüşlərdən ibarət deyil. Macəraların və məzəli zarafatların arxasında  daha dərin mövzular gizlənir:

Birincisi sevgidir. Şrek sübut edir ki, hər kəs sevgini tapa bilər və bu, filmin içərisində olan ən vacib şeydir. Filmdə başqaları tərəfindən çirkin və sevilməyən biri kimi təqdim olunan, lakin nəticədə ən gözəl şahzadəni özünə aşiq edən div var və xoşbəxtlikdən gözəl şəhzadə də sonda divə çevrilir. 

Birinci filmdə Şrek özünü soğana bənzədir və özünün müxtəlif tərəflərinin üzə çıxması üçün soyulması lazım olan təbəqələrinin olduğunu deyir. Şrek bizə öyrədir ki, bəzi insanlar sərt xarici görünüşlərə malik olsalar da, bu, bir müdafiə mexanizmi ola bilər və ona görə də ilk baxışdan onları mühakimə etmək düzgün deyil. 

Bu elementlərin hər ikisi özünüzə sadiq olmaq və başqalarının sizin haqqınızda nə düşündüyünə baxmayaraq özünü qəbul etmək və real sevgini tapmaq haqqında geniş hekayə xəttinə malikdir. 


Mənbə: shreksadventure.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et