Bu gün:

“Əgər bir rejissorda bu üç xüsusiyyət varsa…


24media.az-ın “1 sual,1 cavab” rubrikasının növbəti müsahibi rejissor Nail Naiboğludur. O, rejissorluqda uğur qazanmağın sirrindən danışıb.

-Rejissorluqda uğur qazanmağın sirri nədir və yeni başlayanlara nə tövsiyə edə bilərsiniz?


Rejissor olmaq üçün üç xüsussiyətə malik olmalısan. Birnicisi, sənə sifariş edən insanların istəklərini doğrultmalısan. İkincisi, tamaşıçıların istəklərini həyata keçirməlisən. Həm işi verən şəxsin, həm tamaşaçıların ümidlərini doğruldub, inamını qazanmaq lazımdır, və təbii ki, özün etdiyin işi bəyənməlisən. Əgər bir iş həm sifərişçinin, həm tamaşaçıların, həm də rejissorun xoşuna gəlirsə, deməli, bu iş uğurludur. Bundan əlavə, rejissor insanların psixologiyasını yaxşı bilməlidir. Əgər bir rejissorda bu üç xüsusiyyət varsa, demək, hər bir işi yüksək səviyyədə olacaq.

Ləman Xəqani 

Paylaş
Şərh əlavə et