Bu gün:

Muğlada tapılan Atalanta mozaikası


Muğlanın Bodrum şəhərindəki Antik Halikarnas şəhərində yerləşən Atalanta mozaikası eramızın IV əsrinə aiddir. 

1857-ci ildən Britaniya Muzeyində saxlanılır. Daha böyük bir mozaika əsasının bir hissəsi olan və təxminən 2 kvadratmetr sahəni əhatə edən mozaika panelində At belində aslan ovlayan Atalanta təsvir edilmişdir. Aslan fiquru və Yunan Atalanta yazısının bir hissəsi bu gün yoxdur. Yunan mifologiyasında demi-ilahə personajı olan Arkad şahzadəsi Atalanta ov zamanı ilahə Artemidanı müşayiət edir. Ovçu, güləşçi və qaçışçı olan Atalantanın ən məşhur macərası onun Homerin “İliada”sında keçən və eramızdan əvvəl 8-ci əsrdə bəstələnmiş Kalidon qaban ovunda iştirakıdır. Athena və Artemida ilahələri kimi Atalanta da Yunan ədəbiyyatında güclü qadın fiqur kimi seçilir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et