Bu gün:

Tatto iynəsi nə qədər sürətli işləyir?


Tatto maşınının iynəsi dərini dəqiqədə 50-3000 dəfə deşir. Tatto sənətçiləri döymə maşınına nəzarət edir və maşınla nə qədər rahat olduqlarından asılı olaraq onu daha sürətli və ya yavaş işlədə bilərlər.

Rəssamın döymə maşınının iş sürətini nə qədər tez tənzimləməsində döymə edilən şəxsin dərisi də iştirak edir. Bədənin ətli hissələri daha çox mürəkkəb tələb edir ki, rəssam iynəni sürətləndirə bilsin. Daha yetkin dəri daha incədir, buna görə də yavaş bir iynə zərif dərinin yırtılmasının qarşısını alır. Sürətlə yanaşı, döymə ustası iynənin dəriyə nə qədər dərindən nüfuz etdiyini də idarə edə bilir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et