Bu gün:

Deizm nədir?


Deizm kainatın yaradıcı tərəfindən yaradıldığını və bu yaradıcının kainata heç bir müdaxiləsinin olmadığını müdafiə edən bir inanc növüdür və dinləri rədd edir. 

Deizm heç bir dinin doğru olmadığını və onların insan məhsulu olduğunu iddia edir. Deizmə görə, yaradan kainatın yaradılmasına cavabdehdir. Amma o, dünyada baş verənlərə qarışmır. Bundan əlavə, deizm inancı Allahın kamil olduğuna və yaradılan hər şeyin onun kamilliyindən gəldiyinə inanır. Möcüzələr, vəhylər və peyğəmbərlik anlayışı Deizm inancına görə yanlışdır. 

Deizm anlayışı ilk dəfə 17-ci əsrdə ortaya atılıb. Tərifə görə deizm Tanrıya inanır, lakin Tanrının insanlarla ünsiyyət qurmadığını söyləyir. Teizm kimi də tanınır. Məlumdur ki, deizm inancı ilk dəfə İngiltərədə yaranıb. Deizm sözü Latın dilindən gəlir. Latın Deus sözündən götürülmüşdür. 

Bu inanca görə, insan düşüncələri azad olmalıdır. Ona görə də yaxşılıq və əxlaq anlayışları üçün heç bir dinə ehtiyac yoxdur. Bütün dinləri rədd etdikləri kimi, bütün dini liderləri də rədd edirlər. Deizm təkamül nəzəriyyəsinə qarşı bir arqument irəli sürməmişdir. O, təkamül nəzəriyyəsini də rədd etmir. 

Deist kimdir? 

Deizm inancını müdafiə edənlərə deist deyilir. Dünyada bir çox məşhur deistlər var. Onlar heç bir dinə inanmırlar və bütün dinləri rədd edirlər. Deistlərə görə, Allah anlayışı yalnız ağıl vasitəsilə izah edilə bilər. Bunun üçün heç bir dinə ehtiyac yoxdur. 

Deistlər müqəddəs kitabları da rədd edirlər. Onlar bu kitabların insanlar tərəfindən yazıldığını iddia edirlər. Bundan əlavə, dinlərdə insanın ölümdən sonrakı həyatı üçün deyilən cənnət və cəhənnəm anlayışlarına deistlər inanmırlar. Bəzi deistlər ölümdən sonra həyata və ya reenkarnasiyaya inana bilərlər. Reenkarnasiya, yəni ruhun başqa bir ruhda dirilməsi bəzi deistlərin qəbul etdiyi bir inancdır. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et