
Bipolyar ikitərəfli emosional dəyişikliklərə aid olan psixoloji vəziyyətdir. Bipolyar insanlarda mani və depressiya adlanan iki fərqli vəziyyət arasında sürətli keçidlər yaşamağa səbəb olur. Yüksəlmə dövrü olaraq da təyin oluna bilən maniya, duyğuların şişirdildiyi, özünə inam və həyəcanın yüksək olduğu bir dövrdür.
Depressiya emosional və fiziki çökmə dövrünü ifadə edir və bu zaman insanlar bədbəxt, kədərli, özünə qapanan, ətraf mühitdən uzaqlaşan və tükənmişlik duyğularına bürünürlər. Bu iki vəziyyət arasında sürətli keçidlərə səbəb olan pozğunluq bipolyar pozğunluq kimi təyin edilə bilər. Bipolyar pozğunluq ömürlük bir vəziyyət olsa da, simptomları idarə etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif müalicə üsulları tətbiq edilə bilər.
Bipolyar simptomlar
Bipolyar pozğunluq iki fərqli dövrü əhatə etdiyi üçün bu dövrlərdən asılı olaraq simptomlar fərqli ola bilər. Manik və depressiya adlanan dövrlərin əlamətlərini ayrı-ayrılıqda aşağıdakı kimi izah etmək olar.
Manik dövr: Manik dövr insanların duyğularını çox sıx yaşadığı aktiv bir dövrdür. Bu vəziyyətin ən xarakterik xüsusiyyətlərindən biri də insanın çox sürətli və çox danışmağa başlamasıdır.
Depressiya dövrü: Bipolyar pozğunluqda meydana gələn depressiyanı aşağı dövr adlandırmaq olar. Bu dövr adətən manik epizoddan sonra baş verir və manik əlamətlərə əks əlamətlər müşahidə olunur.
Mənbə: Liv Hospital
Tərcümə etdi: Nəzri Süleymanova
