Bu gün:

Andrea del Verocchio-Tobias və Mələk


24media.az "İncəsənətin inciləri" rubrikasına "Tobias və Mələk" əsəri ilə davam edir.

Rəsm əsəri Bibliya obrazı olan Tobiasın səyahəti zamanı baş mələk Rafael tərəfindən qorunması hekayəsinə əsasən ərsəyə gəlib. Gənc insanların səyahətləri zamanı mələklər tərəfindən qorunması hekayələri Renessans dövründə florensiyalılar tərəfindən çox sevilmişdi.

Bibliyanın Tobias ilə bağlı yazılarına görə, sadə və kasıb biri olan yaşlı Tobit, oğlu Tobiasın yolculuğunda onu müşayiət etmək üçün mələyi çağırır. Tobias kor olan atasının köhnə dostuna borc verdiyi gümüşləri geri gətirmək üçün səfərə çıxır. Bu səfəri zamanı bir neçə dəfə baş mələklərdən olan Rafael ona doğru yolu göstərir və həyatını xilas edərək onu qoruyur. Səfərin sonuna çatanadək Rafael mələk olduğunu Tobiasa bildirməsə də, sonda bu sirrini açır. Rəsmdə Rafael və Tobias artıq bu sirrin üstünün açıldığı məqamda təsvir edilib.

Rəsmdə solda Rafael artıq qanadlarını aşkara çıxarıb, lakin Tobias buna çox da təəccüblənməyib. Onlar qol- qola iki insan kimi gəzməyə davam edirlər.

Çəkmələri, qırmızı şalvarı və göy-qara rəngli ötrüyü olan Tobiasın bir əlində balıq sallanır. Mələk vəhşi bir heyvanın Tobiasın ayağını dişləməkdən qoruyaraq, həm də bu balığı tutmaqda ona kömək etmişdi, həmən balıq ki Tobiasın atasının korluğunu sağaltmaq üçün idi.

Rəsmdə Rafael rəngli qanadlar və paltarlarla təsvir edilib.

Təxminlərə görə, rəsmdəki balıq və tüklü it təsvirləri Leonardo Da Vinciyə məxsusdur.

Arxa plandakı geniş çay, müdafiyə qalası və təpəli mənzərə ilk baxışdan gözdən yayınsa da, rəsmə böyük rəng qatan detallardır.

Hazırladı: Gülay Qəribova

Mənbə: 

https://kuadros.com/products/tobias-y-el-angel-andrea-del-verrocchio/

https://www.ortodokslartoplulugu.com/kilise/tanri-kralliginin-bedensiz-varliklari-melekler-6/

Paylaş
Şərh əlavə et