Bu gün:

Pnevmoniyanın simptomları


Pnevmoniyanın simptomlarına yüksək hərarət, titrəmə, öskürək, bəlğəm, nəfəs darlığı və zəiflik daxildir. Simptomlar birdən-birə görünə bilsə də, bəzi hallarda xəstəliyin daha "məkrli" bir kurs keçirə biləcəyi də ifadə edilir.


Bir neçə gün davam edən zəiflik, iştahsızlıq və nəfəs darlığı da pnevmoniyadan qaynaqlana bilər. Uşaqlarda pnevmoniyanın simptomları uşağın yaşından və pnevmoniyaya səbəb olan faktordan asılı olaraq dəyişə bilər. Ən çox görülən simptomlar qızdırma, öskürək və sürətli nəfəsdir. Xəstəliyin erkən diaqnozu və müalicəsi daha ciddi və həyati təhlükəsi olan ağırlaşmaların qarşısını almaq üçün vacibdir. 

Pnevmoniya bir neçə yolla ötürülə bilər. Uşaqlarda və böyüklərdə tənəffüs yolu ilə bədənə daxil olan viruslar və bəzi bakteriyalar ağciyərlərə çataraq xəstəliyə səbəb olur. Xəstələr öskürdükdə və asqırdıqda və ya tərkibində bu patogenlər olan əşyalarla təmasda olduqda havaya yayılan damcıların inhalyasiyası xəstəliyin yayılmasında əsas amillərdir. Bol maye qəbulu, istirahət, ağrıkəsici və qızdırma salıcı kimi müalicə üsullarından da istifadə edilir. Xəstələrin sağalması adətən 2-4 həftə çəkir.


Mənbə:bbc türk

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et