
Plastik materiallar insan sağlamlığı və təbiət üçün böyük təhlükə yaradır. Onun strukturunda olan maddələr canlılara birbaşa təsir göstərir. Plastikin zərərinin səbəbi tərkibindəki BPA maddəsidir. Gündəlik istifadə etdiyimiz bir çox maddələrin tərkibində BPA var və bunun sağlamlığa çox zərərli olduğu sübut olunub.
Plastik butulkalar ən zərərli maddələr arasındadır. Bəzi ölkələr butulka istehsalını dayandırıb və plastik butulkaların istifadəsini qadağan edib. Plastik butulkalar ürək xəstəliyi, xərçəng, miqren, aşağı sperma, piylənmə, diabet və astma kimi bir çox sağlamlıq problemlərinə səbəb olur. Plastik butulkaların xammalı neftdir. Bu xəstəliklərin səbəbi əsasən yağdır. BPA olmayan plastik məhsullar da var.
Plastik butulkalar təbiətə böyük ziyan vurur. Dünya əhalisi artdıqca plastik istehsalı da artır. Birdəfəlik plastik butulkalar təbiətdə parçalanmır və təxminən 500 ildən sonra parçalanaraq torpağı çirkləndirir. Bu, gələcək nəsillərə pis bir dünya buraxmağımıza səbəb olur. Həm sağlamlığa, həm də təbiətə təhlükə yaradan bu maddədən istifadə etməməlisiniz.
Tərkibində BPA olan plastik məhsullar inkişaf edən uşaqların böyümə hormonlarına təsir edərək, onların erkən yetkinliyə girməsinə səbəb olur.
Xüsusilə isti havalarda plastik butulkalardan su içməkdən uzaq durmalısınız. İsti havalarda plastikin tərkibindəki maddələr içkiyə daha tez qarışır və sağlamlığınız üçün daha böyük təhlükə yaradır. Plastikin zərərlərindən xilas olmaq üçün paslanmayan polad məhsulları seçə bilərsiniz. Paslanmayan poladdan hazırlanan məhsullar sağlamlığınıza təhlükə yaratmır.
Mənbə: blog.kutupayisi.com
Tərcümə etdi: Səmayə Qədirova
