Bu gün:

Qarağatın faydaları


Uzun salxımları və xırda dənələri olan qarağat 1-1,5 metr uzunluğunda yarpaqlı bitkidir. Kol şəklində olan qarağat ağacı demək olar ki, bütün iqlimlərə uyğunlaşa bilir və hər torpaqda bitir. Məhz bu xüsusiyyətlərinə görə ölkəmizdə becərilir, istehsal olunur.


Tərkibində yüksək miqdarda C vitamini olan meyvənin tərkibində A vitamini, B2 vitamini və B vitamini də var. Antioksidant komponentlərlə çox zəngin olan 100 qram qarağatın tərkibində 56 kalori var. Sarı qarağat, qara qarağat, iri qırmızı qarağat, kiçik qırmızı qarağat və ağ qarağat növləri var. İri qırmızı qarağat böyük və şirəli olduğundan tez-tez istifadə olunur. Qara qarağat siropu da qırmızı qarağatdan hazırlanır.


Qarağat vitamin mənbəyidir:

 

Yüksək miqdarda C vitamini, A vitamini, B5 vitamini, B6 vitamini, B1 vitamini və E vitamini ehtiva edir. Tərkibində portağaldan 4 dəfə çox C vitamini, göyərtidən isə 2 dəfə çox antioksidant var. C vitamininin orqanizm üçün bir çox faydaları var. Zülalların mübadiləsi və həzm edilməsi, kollagen adlanan fundamental strukturları C vitamininin bəzi funksiyalarıdır. Meyvə tərkibindəki qida maddələri sayəsində dəriyə qulluq üçün faydalıdır və yaşlanma əleyhinə təsir göstərir.


Ürək sağlamlığına töhvə verir, damarların daxili səthindəki kirəclənməni təmizləyir: Şərab və üzüm şirəsi kimi üzümdən əldə edilən içkilərin damarlarda kirəclənmə əmələ gəlməsini azaltdığı bilinir, lakin nar suyu kimi qarağat çox daha təsirlidir. Qara qarağat kalium və qamma-linolenik turşusu (GLA) ilə zəngindir. Bu iki birləşmə qan təzyiqini aşağı salmağa kömək edir. GLA ürək hüceyrələrinin zədələnməsinin qarşısını alır və qan damarlarında laxtalanmanın qarşısını alır. Araşdırma nəticəsində məlum olub ki, qarağat tozu ürəkdə qan axınını artırır və ətraf mühitə qarşı müqaviməti artırır. 


Mənbə: haberturk.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et