Bu gün:

Ofis- televiziya tarixinin ən populyar şousu


Statistikaya əsasən Ofis sitkomu dünya miqyasında ən populyar televiziya şousudur.2005-ci ildən 2013-cü ilə qədər yayımlanan komediya serialı Ricki Gervaisinin Britaniyada yayımlanan televiziya şousuna əsaslanır. Həyatdakı acı məqamların yumoristik təsviri Ofisin bu qədər çox izləyici kütləsi toplaya bilməsinin əsas səbəbidir.

Serialın Michael Scott, Duight Schrute və Cim Halpert kimi personajları televiziya dünyasının simvollarına çevrilib.ABŞ-ın Ofisi ekran işlərinə ciddi axın yarandığı vaxtda əhəmiyyətli uğur qazandı. Netflix və Hulu kimi platformaların meydana çıxması ilə tamaşaçılar öz sevimli TV şoularına əvvəlkindən daha asan yolla daxil olub onlara baxa bildilər. Xüsusilə bir çox insanın əyləncə vasitəsilə, rahatlıq və gülüş axtardığı pandemiyanın zirvəsinə təsadüf edən 2020-ci ildə ən çox izlənən şousudur.

Ofisi birinci yeri tutsa da, televiziya tarixində öz sözünü deyən bir sıra görkəmli sitcomlar da var. 1994-cü ildən 2004-cü ilə qədər davam edən "Friends" ən populyar sitcomlar siyahısında ikinci yeri tutur.

"Community", "How I Met Your Mother", "Family Guy" və "South Park", sitkom tarixinin ilk onluq siyahısına az fərqlə düşməyən şoulardır.

Mənbə: 2ec.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et