Bu gün:

Kəklikotu nədir?


Kəklikotu ətirli, kol şəklində birillik və ya çoxillik ot bitkisidir. Bu ailənin üzvləri tərkibindəki efir yağları ilə zəngin olduğuna görə ətir sənayesində, aromaterapiyada, fitoterapiyada və farmakoloji tətbiqlərdə istifadə olunur.

 

Otlu çöl sahillərində, meşə kənarlarında, çəmənliklərdə, günəşi sevdiyi üçün torpağı isti olan qayalı və dağlıq ərazilərdə bitir. Kəklikotu bitkisinə dünyada təbii olaraq İspaniya, Türkiyə, İsveçrə, Fransa, Cənubi Afrika, Portuqaliya, Bolqarıstan, İtaliya, Çili, Suriya və Meksikada rast gəlmək olar.

 

Türkiyədə Thymus, Satureja, Tymbra, Origanum və Coridothymus adlı beş cins var. Bu cinslər ümumiyyətlə Dənizli, Manisa, Hatay, Antalya, Aydın, Kütahya və Uşak vilayətlərində yaranıb. Bevanii, yəni dağ kəklikotu ən vacib və

ticarətdə ən çox istifadə edilən növlərdən biridir. Kəklikotu, Cənub-Qərbi Aralıq dənizi vəCənub-Şərqi Anadoluda, xüsusilə, Hatay, Mersinvə təbii olaraq Kahramanmaraş vilayətlərində böyüyür. Orta hesabla 65-70 sm ətrafdakı dağ kəklikotunun faydaları və zənginliyi tərkibindəki efir yağları ilə seçilən dərman bitkisi bitkidir. Kəklikotu bitkisi faydaları, yüksək etibarlılığı və az yan təsirləri ilə cəmiyyət tərəfindən tez-tez istifadə olunur və istifadə üsulu ümumiyyətlə ənənəvidir. Ənənəvi istifadə; Bu o deməkdir ki, bitki mənşəli dərmanlar uzun müddət ərzində təhlükəsiz və effektiv şəkildə istifadə edilə bilər və adətən həkim nəzarəti tələb etməyən bir istifadə üsuludur.

 

Mənbə:medicalpark


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et