Bu gün:

Nə qədər patogen bizi xəstə edir?


Bir insanın bakteriya, parazit və ya virus kimi xəstəlik törədici (patogen) səbəb ilə xəstələnməsi üçün patogen ilk növbədə, dəri, selik, kirpik və ya mədə turşusu kimi təbii müdafiə mexanizmlərini aşaraq bədənə daxil olmalıdır. 

Bəzi bakteriya və parazitlər bədənin, demək olar ki, hər yerində çoxala bilsə də, viruslar kimi bəzi patogenlər bunu yalnız hüceyrə daxilində edə bilir.  Bunun baş verməsi üçün patogen orqanizmin immun sisteminə də qalib gəlməlidir. 

Buna görə də davamlı olaraq patogenlərə məruz qalsaq da, vücudumuza daxil olan patogenlərin sayı, adətən, müdafiə mexanizmimizdən keçmək üçün çox az olur. Kifayət qədər patogenlər bədənimizin müdafiə mexanizmini aşarsa və çoxalmağa başlayarsa, xəstələnirik.  Çox vaxt bu, sadəcə rəqəmlər oyunudur.  Nə qədər çox patogenlə ilə döyüşsək, bir o qədər xəstələnirik.

Tədqiqatçıların fikrincə, bəzi patogenlərin digərlərinə nisbətən daha yüksək və ya aşağı yoluxucu dozaları onların hüceyrələrə təsir üsulu ilə bağlıdır.  Ev sahibi hüceyrələrlə birbaşa təmasda olan patogenlər zülal ifraz etməklə, dolayı yolla hüceyrələrlə təmasda olan patogenlərə nisbətən daha az yoluxucu dozaya malikdirlər.

Mənbə: bilimgenç.tubitak

Tərcümə etdi : Günay Ələsgərova

Paylaş
Şərh əlavə et