Bu gün:

Arı çörəyi nədir ?


Perqa kimi də tanınan arı çörəyi ana arının, işçi arıların və körpə arıların əsas qidasıdır. İşçi arıların çiçəklərdən toplanan tozcuqları müxtəlif proseslərlə fermentləşdirərək istehsal etdikləri məhsuldur.

Bənzərsiz faydalarına görə qədim mənbələrdə "ambrosia" (tanrıların yeməyi) kimi qeyd olunan yeməyin arı çörəyi olduğu düşünülür. Bu qidanın faydaları saysız-hesabsızdır. İnsan orqanizminin gündəlik ehtiyacı olan bütün qidaları ehtiva edən təbii qida olduğu da məlumdur.

Alkoqol və kofeinin Təsiri

Alkoqol bir müddət sonra yuxuya səbəb ola biləcək təsirə malikdir. Digər tərəfdən, tərkibində kofein olan içkilər stimullaşdırıcıdır və yeməkdən sonra belə içkilərin qəbulu yuxuya keçidi ləngidə bilər.


Arı çörəyinin faydaları

• Arı çörəyi probiotik mikroorqanizmləri ehtiva etdiyi üçün həzm sistemini və immun sistemini dəstəkləməyə kömək edir. 

• Tərkibindəki təbii dəmirlə immunitet sisteminə qatqı təmin edərək yorğunluğu azaldır. 

• Tərkibindəki təbii sinklə saçları, dırnaqları və dərini qorumağa kömək edir. 

• Tərkibindəki təbii Vitamin B2 ilə göz sağlamlığına faydalıdır. 

Mənbə: Npistanbul 

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et