Bu gün:

Qırmızı meyvələrin faydaları nələrdir?


rmızı meyvələr yaşlanmaya qarşı hüceyrələrimizi yeniləyərkən günəş işığından qorunmaqda təsirlidir. DNT zədəsini bərpa etməyə kömək edən qırmızı meyvələr qan təzyiqini və pis xolesterini aşağı salan təsiri sayəsində xərçəng riskini azaldır və bədəni ürək-damar xəstəliklərindən qoruyur.

Albalı:

Bağırsaqlardakı dost bakteriyaları qidalandıran və bağırsağın nizamlılığını təşviq edərək həzm sistemini sağlam saxlamağa kömək edən yaxşı bir lif mənbəyidir. Bədəniniz üçün vacib olan B vitaminləri, manqan, mis, maqnezium və K vitamini əldə etməyə imkan verir. Tərkibindəki mürəkkəb karbohidratlar toxluq hissini uzadır və şirniyyata olan həvəsi boğur. 

Qara tut:

Sağlamlığa müsbət təsirindən əlavə, digər qırmızı meyvələr kimi, mədə yaralarını sağaldır və dəridəki kollagen toxumasını bərpa edir. Həzmi asanlaşdırır, qəbizliyə yaxşı gəlir və qan azlığına da çox təsirli meyvədir. 

Çiyələk:

Sakitləşdirici və təzyiqi aşağı salan xüsusiyyətləri ilə stressi azaldır. Sidikqovucu olduğu üçün ödemi aradan qaldırmağa kömək edir. Qaraciyər və revmatik xəstəliklərə müsbət təsir göstərir. Qanı təmizləyir və yaxşı detoks meyvəsidir.

Mənbə: Npistanbul 

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et