Bu gün:

Dünyanın ən tənha balinası: 52 Hertz


1989-cu ildə Sakit okeanda qeyri-adi səs eşidildi. Sovet sualtı qayıqlarının səslərini eşitmək üçün ABŞ tərəfindən okeanın müxtəlif yerlərində xüsusi mikrofonlar quraşdırılmışdı. Daha sonra soyuq müharibə başa çatdı və bu mikrofonlar alimlər tərəfindən istifadə olunmağa başladı.

Planetimizin içində başqa bir planet kimi olan okeanın dərinliklərindən gələn səslər, xüsusən də, balinalardan gələn səslər eşidilirdi. 1989-cu ildə eşidilən səs bu mikrofonlar sayəsində aşkar edilib. Ancaq bunu qeyd edən şəxs bu dəfə bir fərq olduğunu hiss etdi.

Səsin tezliyi 52 Hertz idi.

Bununla belə, balinalar 15-25 Hertz diapazonunda səslər çıxarır. Sonrakı illərdə edilən ölçmələrdə eyni səs dəfələrlə eşidilib qeydə alınmış və bu səsin tək mənbədən gəldiyi anlaşılıb. Tək balinadan. Ehtimal ki, fin balina və ya mavi balinadan. Bəlkə də hibrid növdür, ikisinin qarışığıdır. Çıxardığı səsin tezliyi 52 Hertz olduğu üçün alimlər ona “52 Mavi” adını veriblər.

Bəziləri onu “dünyanın ən tənha balinası” adlandırırdılar, çünki bu tezlikdə səs çıxaran başqa balina yox idi.

Onun tənhalığının səbəbi;

Bütün balinalar 15-25 Hertz diapazonunda səs çıxararkən, normal balinar 52 Hertz səs çıxarır. Bu səbəbdən onu heç kim eşitmir və başqa balinalarla qarşılaşmır. Onun hərəkətlərində qəribə heç nə yoxdur. Digər mavi balinalar kimi o, gündə 30-70 km məsafə qət edərək Alyaskadan Meksikaya miqrasiya yollarını izləyir.

Balinanın sağ qalması və yetkinləşməsi onun tənhalığına baxmayaraq, yəqin ki, sağlam olduğunu deməyə əsas verir. Yenə də onun unikal çağırışı hər yerdə aşkar edilən “öz növünün yeganə çağırışıdır” və mövsüm boyu yalnız bir mənbədən gəlir.

“52 Hertz balina” bizim hamımızın qəlbimizdə tək olduğumuzun, bəlkə də, ən konkret nümunəsi olduğundan onun çoxlu sevənləri və həvəskarları var.

Mənbə: Biriktirdiklerim

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et