214 nəfərlik kiçik əhalisi ilə seçilən qəsəbədə insanlar “qüllə” adlandırdıqları tək binada yaşayırlar. 14 mərtəbəli binada cəmi 150 mənzil var. Amma binada təkcə evlər yoxdur, şəhərdə olması lazımlı hər şey bu binada toplanıb.

Binanın 1-ci mərtəbəsində məktəb, poçt və ərzaq mağazası yerləşir. Aşağı mərtəbədə 1 rəis və 2 polis məmuru qəsəbənin təhlükəsizliyini təmin edir. Binada kilsə, sağlamlıq mərkəzi kimi ərazilər var. Hətta oteli olan bu qüllədə tətilə gedə bilərsiniz.
Mümkün bir fəlakət zamanı insanların gizlənməsi üçün təhlükəsizlik tuneli də mövcuddur. Şəhər çölə çıxmağı sevməyən introvertlər üçün cənnətdir. Çünki binanın bir çox sakinləri həftələrlə çölə çıxmırlar. Binanın içində onlara lazım ola biləcək hər şey var.
Niyə şəhər əhalisi bir binada yaşayır?
Pis hava şəraiti və məhdud resurslar.
Vittier şəhəri Alyaskadan və dünyanın digər hissəsindən təcrid olunub. Ən yaxın yaşayış məskəni 60 km uzaqlıqda yerləşən Alyaskanın Ankorik şəhəridir və burada əsas gəlir mənbəyi balıqçılıqdır. Nəqliyyat üçün qayıq, qatar və şosse seçimləri var.
Qış aylarında şəhərdə qarın qalınlığı 8 metrə çatır və tufanlar zamanı külək saatda 115 km sürətlə əsir. Deməli, burada həyat olduqca çətindir. Belə olan halda insanlar demək olar ki, il boyu uzun bir müddət çölə çıxmırlar. İnsanlar sərt qış şəraitini nəzərə alaraq əvvəllər hərbi baza kimi istifadə edilən bu sığınacaqlı binanı hamının yaşayış yerinə çeviriblər.
Bu şəkildə Vittier əhalisi çox sosialdır, binada hamı bir-birini tanıyır və bir-birləri ilə yaxşı yola gedirlər.
Vittier xarici dünya ilə nəhəng bir dağın arxasında tikilmiş 4 km-lik bir zolaqlı tunellə bağlıdır. Qarşılıqlı səyahət üçün hər 30 dəqiqədən bir tunelin istiqamətini dəyişirlər və axşam saat 22:30-dan sonra yol bağlanır. Qatarların keçdiyi tunelin axşamlar bağlı olmasının səbəbi tək zolaqlı olması və hərəkət qaydasını təmin etməsidir. Əgər təsadüfən bir gün yoldan keçsəniz, saat 22:30-dan əvvəl şəhəri tərk etməlisiniz.
Mənbə: Gdh.digital
Tərcümə etdi: Rəhimə Cəmilova
