Bu gün:

Ədalət və bərabərlik arasındakı fərq nədir?



Demokratiya ilə idarə olunan hüquqi dövlətlərdə ədalət və bərabərlik təmin olunan hüquqlar sırasındadır.

 Ədalət və bərabərlik arasındakı fərq nədir?

1. Ədalət bərabərlik prinsipi əsasında tətbiq edilir. Bərabərlik ədalətin ilkin şərtlərindən biridir. Ədalət məhkəmələrdə və digər məhkəmə institutlarında bərabərlik prinsipinin tətbiqidir.

 2. Bərabərlik yalnız məhkəmə sistemi ilə məhdudlaşmır. Məsələn, iqtisadi bərabərlik. Ədalət mühakimə ilə birbaşa əlaqəli bir anlayışdır.

Ədalət və bərabərlik arasındakı əlaqə:

Sosial və iqtisadi səviyyədə bərabərlik olmayan yerdə ədalətə nail olmaq mümkün deyil. Ona görə də, bu iki anlayış bir-biri ilə birbaşa bağlıdır. Demokratik rejimlərdə bütün vətəndaşlara əsas hüquqlar verilir. Müəyyən bir qrup, sinif və ya irq deyil, hər kəs sözügedən təməl hüquqlardan faydalana bilər.

Hər kəsin əsas hüquqlardan faydalana bilməsi bərabərlik adlanır. Dövlətin vətəndaşların əsas hüquqlarını müdafiə etməsi və məhkəmələrin qərəzsizliyi ədalət kimi səciyyələndirilir.

Ədalət və bərabərlik anlayışları nümunələrlə:

1. Hər kəsə bərabər imkanların verilməsi;

2. Bir ölkənin bütün vətəndaşları dilindən, dinindən, inancından, cinsindən asılı olmayaraq ədalətli və tərəfsiz məhkəmələrdə mühakimə olunmalıdır;

3. Qanunun aliliyi prinsipinin həyata keçirilməsi;

4. Qanunlar hamıya şamil edilməli və hər kəsə imtiyaz verilməməlidir.

Mənbə: Hürriyet 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et