Bu gün:

Pomidorun faydaları nələrdir?


Pomidorun faydaları nələrdir?

 Parlaq qırmızı rəngi və ləzzətli dadı ilə salat və yeməkləri rəngləndirən və şirinləşdirən pomidor güclü antioksidant mənbəyidir. 

Pomidorda neçə kalori var?

 Pomidor yay aylarında yeməklərə dad qatır və səhər yeməyini rəngləndirir. Salatların əvəzolunmaz tərkib hissəsi olan pomidor bir meyvə olsa da, bir çox insanlar tərəfindən tərəvəz sayılır. Orta hesabla bir pomidor təxminən 22 kaloridir və 5 qram karbohidrat, 3 qram şəkər və 1,5 qram lif ehtiva edir. Kalorisi və karbohidratı az olan pomidor qida dəyəri baxımından da zəngindir.

 1. Vitaminlərlə zəngindir

 Gündəlik C vitamini ehtiyacınızın 40 faizini bir pomidorla qarşılaya bilərsiniz. A vitamininin də qaynağı olan pomidor immunitetinizi və dəri sağlamlığınızı qorumağa kömək edir. K vitamini ilə sümüklərinizi, kaliumla isə ürək sağlamlığınızı dəstəkləyir. O, həmçinin əzələ daralmasının qarşısını alır və qan təzyiqinizin tənzimlənməsində mühüm rol oynayır.

 2. Ürəyinizə "qırmızı güc"

 Pomidorlara qırmızı rəng verən likopen adlı antioksidantdır. Tədqiqatlar göstərir ki, likopen əlavələrindən çox pomidorun özünü qəbul etmək daha faydalıdır. O, həmçinin diabet, ürək xəstəlikləri və hücum riskini azaltmağa kömək edir.

 3. İti gözlər üçün

 Likopen də gözlər üçün faydalıdır. Tədqiqatlar göstərir ki, tərkibində lutein və beta karotin də olan pomidor gözləri katarakt və makula degenerasiyası kimi xəstəliklərdən qoruyur.

4. Qəbizliyə meyillisinizsə

 Pomidorun su və lifdən ibarət olduğu üçün həzmsizliyə qarşı kömək etdiyini bilirsinizmi? 90 faizi sudan ibarət olan bu meyvənin tərkibində 1,5 qram lif var. Qəbizlik problemi olanların diyetinə daxil etmələri faydalı ola bilər. Bununla belə, bəzi insanlar üçün bişmiş pomidor turşu təbiətinə görə reflü və ya həzmsizliyə səbəb ola bilər.

5. Şəkərli diabetə nəzarət

"Qırmızı güc" tip 2 diabetə qarşı qoruyucu qidadır. Onu infarkt və insult riskinə qarşı qəbul etmək də vacibdir ki, bu da diabetlilər üçün daha böyük risk deməkdir.

 6. Dərinin qocalmasının qarşısını alır

 Bir araşdırmaya görə, pomidor və zeytun yağının birlikdə qəbulu kollagen istehsalını artırır ki, bu da dərini günəşin zərərindən qoruyur və dəri quruluşunu sağlam və gənc saxlayır. Alimlər pomidorun tərkibindəki likopenin əsas antioksidant olduğunu düşünürlər. Bişmiş pomidor zeytun yağı ilə birləşdirilərsə, həzm sistemindən qan dövranına qədər yüksək təsir göstərir.

7. Likopen də xərçənglə mübarizə aparır

 Araşdırmalar göstərir ki, likopen xərçəngin düşmənidir. Prostat, yumurtalıq, ağciyər və mədə xərçənginə qarşı qoruyucu təsirə malik olduğu bildirilir.

 Pomidorun faydaları saysız-hesabsızdır. Bəs bu “qırmızı fayda” necə qəbul edilə bilər? Həm qurudulmuş, həm də təzə pomidordan istifadə edib salatlarınıza və omletlərinizə əlavə edə bilərsiniz. Izgara yeməklərinizi pomidorla dadlandıra bilərsiniz. Pomidordan müxtəlif souslar hazırlaya bilərsiniz. Ancaq tomat pastası qəbul etmək istəyirsinizsə, duz miqdarına diqqət etməlisiniz.

Mənbə : acibadem. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et