
İlk oyuncaq şarı 1824-cü ildə kimyaçı və fizik Maykl Faraday tərəfindən icad edilmişdir.
Britaniyanın ən məşhur fiziklərindən biri olan Maykl Faraday (1791-1867) maqnit itələmə, maqnit və elektrik arasındakı əlaqə ilə bağlı kəşfləri ilə tanınır. Bundan əlavə, Faraday yaradıcı pedaqoq və Kral İnstitutunda keçirilən Milad danışıqlarına başlayan şəxs idi (bu ənənə Böyük Britaniyada hər Milad günü hələ də davam edir). Bütün bunlara əlavə olaraq Faraday öz adını elektrik tutumunun ölçü vahidi olan faradaya da verdi. Lakin bu alimin digər ixtirası, 1824-cü ildə ixtira etdiyi oyuncaq şar tarix kitablarına düşmür.
Faradeyin karyerası fizik deyil, kimyaçı kimi başladı. Kral İnstitutunda kimyəvi köməkçi vəzifəsinə təyin olunan Faraday bu sahədə bacardığı qədər təcrübələr aparmış, xlor və digər təbii qazların qarşılıqlı təsirini tədqiq etmişdir. Faraday hidrogen üzərində işləyərkən ilk rezin şarını düzəltdi.
Balonlar yüz illər boyu 1824-cü ilə qədər bağırsaqlardan hazırlanırdı. Təbii iy verən bu əyləncə alətləri orta əsrlərdə Avropada klounlar tərəfindən çubuqların ucuna yapışdırılaraq maraqlı formalar verərək istifadə olunurdu. Faradeyin şarları daha steril olsa da, iki rezin parçasının bir-birinə birləşdirilərək torba əmələ gəlməsi ilə yaradılmışdır. Bu şarlar hidrogenlə doldurulduqda, qaçılmaz cazibə qüvvəsi işə düşəcək və Faradeyə bu qazın xüsusiyyətlərini öyrənməyə imkan verəcəkdi.
Təkər istehsalçısı Thomas Hancock insanlara şar düzəltməyə imkan verən dəstləri təqdim etdikdən sonra şarlar kommersiya baxımından əlçatan oldu.
Mənbə: kimnezamanicatetti.com
Tərcümə etdi: Səmayə Qədirova
