Bu gün:

Nevroz nədir?


Bu gün müasir tibbdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi adlanan xəstəliyi  ətraflı şəkildə araşdırdığınız olubmu? Gəlin birlikdə nəzər yetirək... 

Nevroz nədir?

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri nələrdir?

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.

1. Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.

2. Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid edilə bilər.

3. Bir çox xəstəliklərdə olduğu kimi nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir.

4. Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun hansı formaları var?

Həyəcan nevrozu;

Obsessiv-kompulsiv nevroz;

Somatik nevroz;

Fobiyalar;

Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları aşağıdakılardır:

Həyəcan;

Ürək döyüntülərinin sayının artması;

Kefsizlik;

Ruh düşkünlüyü;

Bəd xəbər eşitmə qorxusu;

Yorğunluq;

Yuxu və iştaha pozulmaları;

Bədənin müxtəlif nahiyələrində ağrılar;

Xəstəlik qorxusu;

Ölüm qorxusu;

Beyindən çıxmayan fikirlər ve hərəkətlər;

Patoloji səliqəlilik və s .

Nevrozun müalicəsi

Nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı, yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə, xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır. Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et