Bu gün:

Faringit nədir?


Ümumiyyətlə, boğaz ağrısı olaraq təyin olunan faringit iltihab və boğaz ağrısına səbəb olur. Buna görə faringit bir xəstəlik deyil, bir simptom kimi təsvir olunur.

Soyuqdəymə, qrip, bakterial infeksiyalar və ya streptokok bakteriya infeksiyası nəticəsində baş verir. Faringitə səbəb olan faktorlar arasında siqaret və spirt istifadəsi, quru və çirkli hava kimi faktorlar var. Bəzi faringit növləri bir neçə həftə ərzində öz-özünə keçə bilsə də, digərləri fəsadların qarşısını almaq üçün antibiotik tələb edə bilər.

Faringit nədir?

Faringit, ağız və burun boşluqlarının arxasındakı farenks adlanan udlağın iltihabıdır. Boğaz ağrısı olaraq da bilinən faringit, boğazda qaşınma və udma çətinliyinə səbəb olur. Bol su içmək, duzlu su ilə qarqara və ilıq içkilər faringitin aradan qaldırılmasında təsirlidir. Xəstə istirahət etməli və qıcıqlandırıcı qidalardan uzaq durmalıdır. Ağır hallarda həkim antibiotiklər təyin edə bilər. Unutmayın ki, faringit əlamətləriniz varsa, həkimə müraciət etmək vacibdir.

Faringitin hansı növləri var?

Boğazın iltihabı nəticəsində yaranan faringit iki yerə bölünür: kəskin və xroniki. Kəskin faringitdə xəstənin şikayətləri daha qabarıq şəkildə özünü göstərir. Boğaz ağrısı, udma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma və öskürək kimi şikayətlər olur. Xroniki faringitdə quruluq, qıcıqlanma, boğazda yanma hissi kimi simptomlar daha yüngül, lakin daimidir. Boğazda quruluq, karıncalanma, yanma və yad cisim hissi, udmada azacıq çətinlik kimi şikayətlər meydana gəlir. Kəskin faringit adətən yuxarı tənəffüs yollarının infeksiyasıdır. Xroniki faringitdə yoluxucu faktorlar da rol oynasa da, adətən qıcıqlandırıcı faktor olur.

Faringitə səbəb nədir?

Əksər hallarda faringit, boğazın arxasındakı selikli qişanın iltihabı ilə nəticələnən bakterial və viral infeksiyalardan qaynaqlanır. Xüsusilə, viruslar faringitin ən çox yayılmış səbəbi kimi tanınır. Nadir hallarda, allergiya, travma, reflü və xərçəngə səbəb ola bilər. 

Faringitə səbəb olan amillər aşağıdakı kimi ümumiləşdirilir:

Tonzillit;

Ətraf mühitin çirklənməsi;

Allergik reaksiyalar;

Reflü;

Qızılca;

Ümumi soyuqluğun səbəbləri.

Uşaqlıq xəstəliyi olan krup (Krup psevdodiafraqma, psevdodifteriya və ya kəskin laringit kimi də tanınır);

Göy öskürək.

Mənbə: memorial

Tərcümə etdi: Nuray Mürsəlova

   

 

Paylaş
Şərh əlavə et