Bu gün:

Qoxular rəng qavrayışına təsir edirmi?


Qoxular rəng qavrayışına təsir edirmi?

Liverpul Universitetinin tədqiqatçıları qoxunun rəng qavrayışına təsir edib-etmədiyini öyrənmək üçün təcrübə aparıblar.  Yaşı 20 ilə 57 arasında olan 24 nəfərin könüllü olaraq iştirak etdiyi araşdırmanın nəticələrinə görə, qoxular rəng qavrayışına az da olsa təsir edir.

Təcrübə qara pərdələrlə örtülmüş otaqda aparılıb.  Mövzuların qoxu hissinə təsir edən soyuqdəymə və ya qrip kimi bir xəstəliyin və ya rəng görmə qabiliyyətinə təsir edən görmə pozğunluğunun olmamasına diqqət yetirilib.  Bundan əlavə, subyektlərdən təcrübə günü heç bir dezodorant və ya ətirdən istifadə etməmələri istənilib.  İştirakçılara ilk qoxu təqdim edilməzdən əvvəl otaqdakı hava  təmizləyici vasitə ilə təmizlənib. Daha sonra ətraf mühitə müxtəlif qoxular buraxılaraq qoxu-rəng əlaqəsi sınaqdan keçirilib. Bunun üçün iştirakçılara rənglərin əks olunduğu ekranda kvadrat formalı sahə göstərilib və gördükləri kvadratı  boz rəngə çevirmələri istənilib.

İştirakçılar neytral boz rəngi tənzimləmək üçün biri yaşıldan qırmızıya, digəri isə sarıdan maviyə dəyişən iki sürgüdən istifadə ediblər. Ətraf mühitə karamel qoxusu yayılanda iştirakçıların boz rəngə dair təsəvvürləri sarı-qəhvəyi rəngə doğru dəyişib. Boz qavrayışı da ətrafa yayılan qəhvə və albalı qoxusu ilə qırmızı-qəhvəyi rəngə, limon qoxusu ilə sarı-yaşıl rəngə doğru dəyişib.  Lakin nanə qoxusu iştirakçılara gözlənilən effekti verməyib və boz qavrayışını qırmızı-qəhvəyiyə doğru dəyişib.

Tərcümə: Günay Ələsgərova
Mənbə: bilimgenc.tubitak.gov.tr

Paylaş
Şərh əlavə et