Rostfrei bıçaqlarının tarixi nədir?

Rostfrei - alman bıçağı üçün ticarət nişanı sözü deyil, paslanmayan poladdan hazırlanmış bıçaq üçün alman təsviri sözüdür. Tərcümə edilmiş söz "passız" deməkdir. Bu tip bıçaq "rostfrei" sözü deyildikdə, adətən İsveçrə və ya Almaniya kimi alman dilli ölkələr yada düşür.
Bıçaqların əksəriyyəti Almaniyanın Solingen şəhərindəndir və bəzi vintaj bıçaqlar 1912-ci ilə aiddir. Almaniyanın Solingen şəhərində qurulan bıçaq şirkətlərindən biri Wüsthof idi. Tarixi 1814-cü ilə qədər olan şirkət müxtəlif bıçaqları ilə ailə biznesi kimi fəaliyyət göstərir. 1960-cı illərdə ABŞ-dəki hörmətli aşpazlara və restoran sahiblərinə öz məhsullarını təqdim edəndə şirkət Şimali Amerika qitəsində faktiki olaraq tanınmırdı. 1987-ci ildə Wüsthof Amerikanın Wüsthof-Trident şirkətini qurdu və bıçaqları regional tərəfdaşları vasitəsilə payladı. Hal-hazırda, bıçaq şirkəti Norwalk Conn-də ən müasir istehsal müəssisəsini idarə edir. Rostfrei tipli bıçaq istehsalçısı Almaniyanın Solingen şəhərində iki bıçaq zavodu da fəaliyyət göstərir. "Bıçaqlar şəhəri" kimi tanınan Solingen, Dreiturm, Wüsthof, Böker və Eickhorn-Solingen kimi bıçaq istehsal edən şirkətlərə ev sahibliyi edir. Şəhərin siması qılınc sənətkarlığı ilə orta əsrlərdən tanınırdı. Paslanmayan poladdan Solingen bıçaqları aşpazlar, qəssablar, çörəkçilər istifadə edirlər.
Mənbə: 411 answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
