Bu gün:

Etienne Maurice Falconet-Təhdidedici Amor


"İncəsənətin inciləri" rubrikasının növbəti əsəri Amsterdamda saxlanılan məşhur heykəltaraşlıq nümunəsi "Təhdidedici Amor"dur.

Fransız heykəltəraş Etien Moris Falkonenin bu əsəri Rokoko periodunun ən məşhur heykəllərindəndir.

Heykəl sevgi tanrısı Amor və ya Kupidi təsvir edir. Kupid Roma mifologiyasında insanların ürəyinə sevgi oxlarını sancaraq, onları aşiq edən sevgi tanrısıdır.

Çılpaq şəkildə oturmuş mələk Amor ayaqlarını nisbətən yuxarı dartıb və onun qanadları açıqdır. Ayaqlarının sağında budağı ilə birgə, çiçəklənən qızılgül gözə çarpır. 

Amorun başı nisbətən önə əyilib, üzü gülümsəyir və sağ əlinin işarə barmağı ağzının üzərindədir. Sol əlində isə sevgi oxlarını saxlayır.

Mərmərdən olan heykəli Kral XV Luisin xanımı Madam de Pompadur sifariş verib.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.rijksmuseum.nl/en/collection/BK-1963-101

Paylaş
Şərh əlavə et