Bu gün:

Frida Kahlo- Frida və Dieqo Rivera


24media.az "İncəsənətin inciləri" rubrikasına Frida Kahlonun "Frida və Dieqo Rivera" əsəri ilə davam edir.

Dövrün ən böyük sənətçilərindən biri olan Dieqo Rivera ilə Frida Kahlonun görüşü və evliliyi çox sürətli bir proses idi. Bu münasibəti qəbul edə bilməyən anası 21 avqust 1929-cu ildə toyda Frida ilə atasını tək buraxır.

Fridanın iyirmi iki yaşı olduğu halda, Dieqonun qırx üç yaşı var idi. O deyirdi: "Dieqoya aşiq oldum, amma ailəmin heç xoşuna gəlmirdi, çünki Dieqo kommunist idi və bizim ailə onu kök Brügelə oxşadırdı. Dedilər ki, bu, fil və ağ göyərçinin evliliyinə bənzəyir. Dieqoya: “Unutmayın ki, qızım xəstədir və həyatı boyu səhhətində problemlər olacaq. O, ağıllıdır, amma gözəl deyil. Bunu da yadda saxla. Hər şeyə rəğmən onunla evlənmək istəyirsənsə, razıyam”,- deyən atamdan başqa toya gələn olmadı".

Frida toydan sonra Dieqo üçün Meksikanın ənənəvi paltarı Tehuana geyinəcəkdi. Onun evliliyi həm qadın, həm də rəssam kimi yeni həyatın başlanğıcı idi. Bundan sonra Fridanın həyatı və sənəti bir-birinə qarışacaqdı. O, sensasiyalı məşhur rəssamın həyat yoldaşı idi və Dieqo üçün gözəl olmağa çalışırdı. Frida Dieqonun gündəlik həyatını təşkil edərkən onun enerji və ləyaqətindən qidalanaraq rəssam olmaq yolunda kiçik addımlar atırdı.

Frida rəsm çəkməyə San-Fransiskoda yatarkən başlayıb. Toylarından bir il yarım sonra çəkdiyi “Frida və Dieqo Rivera” adlı evlilik portreti bu dövrün məhsuludur.

Onun və ərinin əl-ələ tutduğu təsvirdə Dieqo kiçik ikən nəhəng görsənir. Dieqo əlində palitrası və fırçaları ilə böyük bir rəssam kimi təsvir edilərkən, Frida dahi şəxsiyyəti çox sevən həyat yoldaşı kimi ən sevimli rolundadır. Başı sevgisini göstərirmiş kimi yanındakı nəhəngə tərəf meyllidir.

Dieqo nəhəng ayaqları ilə yerdə möhkəm dayandığı halda, Fridanınki demək olar ki, görünməzdir. Duruşunun bütün kövrəkliyinə baxmayaraq, Fridanın görünüşü özünə güvənən və cəsur qadın təsiri bağışlayır. Bu gənc qadın da dünyaya yeni ərini təqdim edir.

Dieqonun başı qeyri-müəyyən bir şəkildə çiyninə doğru əyilmiş, başı Fridaya deyil, bir az başqa istiqamətə çevrilib və qolları yanlarında yellənir. Fridanın qolları ona doğru uzanır. Cütlüyün bir-birinə bağlanmış əlləri Fridanın evlilik bağına verdiyi əhəmiyyəti göstərmək üçün kətanın ortasındadır.

Fridadan başqa Dieqonun onun üçün vazkeçilməz olan bir çox maraqları var. “Frida və Dieqo Rivera” əslində əsas ehtirası sənət olan Dieqonun əlçatmazlığının şəklidir. Dieqonun gözəlliyə, Meksikaya, marksizmə, insanlara, qadınlara, bitkilərə və dünyaya olan bağlılığı Fridadan əvvəldir.

 “Frida və Dieqo Rivera” tablosu Fridanın Dieqonun sədaqətini dərk etməsinin ifadəsidir.

Arxadakı lentdə belə bir qeyd var: “Bizi burada görürsən, mən Frida Kahlo və sevimli ərim Dieqo Riverayam. Mən bu portretləri 1931-ci ilin aprelində Kaliforniyanın San-Fransisko şəhərində dostumuz Albert Bender üçün çəkdim".

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.pivada.com/frida-kahlo-frida-ve-diego-rivera

Paylaş
Şərh əlavə et