Bu gün:

Dünyanın ən təhlükəli quşu


ABŞ-da aparılan yeni bir araşdırma insanların yetişdirdiyi ilk quş növünün kasauri olduğunu ortaya qoyub. 18 min il əvvəl əhliləşdirildiyi təsbit edilən təpəli dəvəquşuların boyu 5 metrə, çəkisi isə 60 kiloqrama çata bilir.

Uzun xəncərə bənzəyən barmaqlarına görə dünyanın ən təhlükəli quşu adlandırılan dırnaqlı dəvəquşu bir zərbə ilə insanın daxili orqanlarını boşaldacaq qədər güclüdür.

Alimlərin dediklərinə görə, təpəli dəvəquşu aqressiv ola bilsə də, (Floridada bir adam 2019-cu ildə bəslədiyi yallı dəvəquşu tərəfindən öldürülüb), yumurtadan çıxandan sonra ilk gördüyü şeyə bağlanır. Bu o deməkdir ki, heyvana qulluq etmək və yetkin ölçülərə çatdırmaq asandır.

Mənbə: NTV

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et