Bu gün:

Çobanyastığı çayının faydaları nələrdir?


Çobanyastığı çayı təbii dadından əlavə orqanizmə müxtəlif faydalar verən məşhur içkidir. Çobanyastığı çiçəklərinin yığılıb qurudulması ilə əldə edilən bu çay, tərkibində kofein olmadığı üçün yaşıl və ya qara çaya alternativ olaraq istifadə edilir.
Çobanyastığı çayının faydaları onun tərkibində müxtəlif növ antioksidantların olmasından irəli gəlir. Bu antioksidanların bəziləri ürək xəstəliyi və xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər. Çobanyastığı çayı həmçinin mədə-bağırsaq traktına və yuxuya kömək edə biləcək xüsusiyyətlərə malikdir. 

Çobanyastığı çayının faydaları

1. Çobanyastığı çayının yuxu keyfiyyətinə təsiri
Çobanyastığı çayı yuxu keyfiyyətini yaxşılaşdıran unikal içkidir. Çobanyastığı çayının bu xüsusiyyəti qədim tibbi təcrübələrdən bəri məlumdur. Çobanyastığı beyində yuxusuzluğu azaldan və yuxuya kömək edən müəyyən reseptorlara bağlanan apigenin adlı antioksidan ehtiva
edir. Apigenin xroniki yuxusuzluq üçün də yaxşı ola bilər.

Yeni doğulmuş 80 qadın üzərində aparılan araşdırmada qadınlar iki qrupa bölünüb və bir qrup iki həftə nizamlı olaraq çobanyastığı çayı içib, digər qrup isə heç çay içməyib. İki həftə sonra edilən ölçmələrdə, çobanyastığı çayı içən qrupdakı qadınlar, bu çayı istehlak etməyən qrupla müqayisədə daha yaxşı yuxu keyfiyyəti bildirdilər. Onlar həmçinin yuxu problemləri ilə əlaqəli daha az depressiya və fiziki simptomlar göstərdilər. Çobanyastığı çayı istifadəsi dayandırıldıqdan iki həftə sonra edilən ölçmələrdə iki qrup arasında heç bir fərq müşahidə edilməmişdir. Bu, çobanyastığı çayının bütün istifadə müddətində təsir göstərdiyini və uzun müddət təsir göstərmədiyini göstərir. Başqa bir araşdırmada, 28 gün ərzində gündə iki dəfə 270 mq çobanyastığı ekstraktı qəbul edənlərin gecə saatlarında 1/3 nisbətində az ayıq olduqları və ekstraktı istifadə etməyənlərə nisbətən orta hesabla 15 dəqiqə daha tez yuxuya getdikləri müəyyən edilib.


Bu tapıntılar ümidverici olsa da, çobanyastığı çayının yuxuya təsirinin dərəcəsini müəyyən etmək üçün daha çox klinik tədqiqatlara ehtiyac var. Ancaq yatmazdan əvvəl çobanyastığı çayı içmək yuxuya getmə və asanlıqla oyanma problemi olan insanların sınamalı olduğu üsuldur.

2. Çobanyastığı çayının həzm sisteminə təsiri

Bağırsaqlar bədənin ikinci beyni kimidir və buna görə də nizamlı həzm sistemi ümumi sağlamlıq üçün son dərəcə vacibdir. Çobanyastığı çayı ənənəvi olaraq müxtəlif həzm xəstəliklərinin, o cümlədən ürəkbulanma və qazın müalicəsində istifadə edilib. Yalnız klinik şəraitdə təkrarlanmayan heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, çobanyastığı daha sağlam həzm etməyə kömək edir, müəyyən mədə-bağırsaq xəstəliklərinin riskini azaldır.

Siçanlar üzərində aparılan bir sıra tədqiqatlar çobanyastığı ekstraktının ishaldan qoruma potensialına malik olduğunu müəyyən edib. Bu faydanın çobanyastığın antiinflamatuar xüsusiyyətlərinə görə olduğu düşünülür. Siçovullarda aparılan başqa bir araşdırma çobanyastığı mədə xoralarının qarşısını almaqda təsirli olduğunu tapdı. Mədə turşuluğunu azaltmaqla çobanyastığı xoraların inkişafına kömək edən bakteriyaların böyüməsini maneə törədə bilər. Bu tapıntılara baxmayaraq, çobanyastığın həzm sistemindəki rolunu təsdiqləmək üçün daha çox klinik araşdırmaya ehtiyac var.

3. Çobanyastığı çayının müəyyən xərçəng növlərinə qarşı potensial müdafiəsi

Çobanyastığın tərkibində apigenin var ki, bu da əvvəllər qeyd edildiyi kimi antioksidantdır. Hüceyrə mədəniyyəti üzərində aparılan laboratoriya təcrübələrində apigeninin həzm sistemi, döş, dəri, prostat və uşaqlıq xərçəngi hüceyrələri ilə xüsusi mübarizə apardığı göstərilmişdir. Bundan əlavə, 537 nəfərin iştirak etdiyi bir araşdırma, həftədə 2-6 dəfə çobanyastığı çayı içənlərin çobanyastığı çayı içməyənlərə nisbətən tiroid xərçənginə tutulma ehtimalının əhəmiyyətli dərəcədə az olduğunu müşahidə etdi. Bu tapıntılar ümidverici olsa da, çobanyastığı çayının xərçəngin qarşısının alınmasında rolu haqqında nəticə çıxarmaq üçün daha çox insanla klinik tədqiqatlar aparılmalıdır.

 Mənbə: Medicalpark 

 Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et