Bu gün:

Qarpızın nə kimi faydaları var?


Yüksək su və lif tərkibli meyvə kimi tanınan qarpız, vitamin və mineral zənginliyi ilə faydalı bir meyvədir. Amma tərkibində şəkər olduğu üçün 2 dilimdən çox istifadə edilməməsi vacibdir.

Yayın gəlişi ilə bütün qış həsrətində olduğumuz bir çox tərəvəz və meyvələr süfrələrdə öz yerini tutur. Bunlardan biri, hətta ən dadlısı qarpızdır. Soyuq yeyildikdə yayın istisini sərinlədən qarpızın sağlamlığımız üçün də faydaları çoxdur. Yüzdə 92 sudan ibarət olan qarpız, tərkibindəki yüksək su, vitamin və minerallarla xərçəngdən dərinin cavanlaşmasına, saçların qidalanmasından arıqlamağa qədər bir çox faydaları var. Lakin şəkəri yüksək olan bir meyvə olduğundan ehtiyatla istifadə edilməlidir. Bundan başqa, A, B1, B5, B6, C vitaminləri və kaliumla zəngin olan bu meyvənin tərkibində yağ, xolesterin və natrium yoxdur.

Qan təzyiqini tənzimləyir.

Qarpızda olan kalium və maqnezium miqdarı qan təzyiqini aşağı salır. Kalium "vazodilatator" hesab olunur, yəni qan damarlarında və arteriyalarda gərginliyi aradan qaldırır, beləliklə qan axını stimullaşdırır. Ürək-damar sistemindəki stressi azaldır. Qarpızda olan karotenoidlər həmçinin arteriya divarlarının və damarların sərtləşməsinin qarşısını alır, qan təzyiqi, qan laxtalanması, insult, infarkt və damar tıxanması risklərini azaltmağa kömək edir.

Araşdırmalara görə, qidalanma tərzi ürək sağlamlığına çox təsir edir. Qarpızın tərkibində bədəndə azot oksidinin səviyyəsini artıra bilən amin turşusu olan sitrulin var. Nitrik oksid qan damarlarınızın genişlənməsinə kömək edir, bu da qan təzyiqini aşağı salır. Bu şəkildə ürək sağlamlığını qorumağa kömək edir.

Canlı dəri üçün

Qarpız tərkibindəki A və C vitaminləri sayəsində saç və dərimiz üçün əla qidadır.

Tərkibindəki yüksək su və saçları nəmləndirən sebum istehsalı üçün lazım olan A vitamini tərkibi sayəsində dərini daha canlı və gözəl göstərir. C vitamini də dərini sağlam, elastik və güclü edən bir protein olan kollagenin istehsalına kömək edir; Dəri hüceyrələrini yaratmaqla yanaşı, hüceyrələri bərpa edir. Pomidor kimi likopenlə zəngindir. Qırmızı rəngindən də göründüyü kimi qarpız antioksidant baxımından zəngin bir meyvədir. Tərkibindəki likopen adlı antioksidant xərçəng hüceyrələrini bloklayır və bədənin müdafiə sistemi olan immunitet sistemini gücləndirir. Tərkibindəki yüksək C vitamini sayəsində bədəndə xərçəngə səbəb olan sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. 

Qarpız toxumunun faydaları

Qarpız tumları da tərkibindəki "kukurbositrin" adlı maddə ilə qan təzyiqini salmağa və böyrək funksiyalarını tənzimləməyə kömək edir. Tək və çoxlu yağ turşuları ilə zəngin olan qarpız həm də qandakı pis xolesterini aşağı salaraq ürək sağlamlığını qoruyur. Hər gün 1 ovuc qarpız tumunu istifadə etmək kifayətdir. Toxumu çeynəməyiniz və ya birbaşa udmağınızın fərqi yoxdur. Çiy dadını sevməyənlər sobada qovuraraq da istehlak edə bilərlər. Bundan əlavə, hüceyrə membranlarının quruluşunun qorunmasında və sinir keçiriciliyinin təmin edilməsində rol oynayan yağ turşuları ilə zəngin olan qarpız tumları bu təsirlər sayəsində öyrənməyi asanlaşdırır və yaddaşı gücləndirir. O, həmçinin yağların udulmasına kömək edir, xroniki iltihabı azaldır.

Mənbə: Acibadem 

Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et