Bu gün:

Antonio Kanova-"Muza Terpiskor"


24media.az "İncəsənətin inciləri" rubrikasına on doqquzuncu əsr heykəltəraşlıq nümunələrində öndə gedən bir əsərlə davam edir... 

Təsvir olunmuş fiqur ilahə Terpiskordur. Bu, yunan mifologiyasında rəqs və xor oxuma ilahəsi olaraq bilinir. Onun sol əlində tutduğu lira adlı çalğı alətini də görmək olur.

Heykəldə ona verilmiş poza və üzərindəki örtüyün həssas şəkildə göstərilməsi fövqəladə incə bir iş sayıla bilər.

Antonio Kanova heykəlini daha da realist etmək və dərinin yumşaqlığını hiss etdirmək məqsədilə patina adlı xüsusi maddədən istifadə etmişdi. Müxtəlif materiallardan hazırlanmış və çox az yerlərdə izi qalmış patina həm də heykəli zamanın təsirlərindən qorumaq, ona qalıcı harmoniya vermək üçün idi.

Terpiskor ilahəsi dayandığı vəziyyəti, zərifliyi və geyimindəki incə işləmləri ilə çox məşhurlaşmışdır.

Bonapart ailəsinin sifarişi ilə hazırlanan heykəl Napoleonun kiçik qardaşı Lusien Bonapartın həyat yoldaşı Alexandrina de Bleşamp-ın ilahiləşdirilmiş bir portreti olmalı idi.

Sonralar bilinməyən səbəblərdən komissiya Covanni Sommariva tərəfindən alınır. Yeni müştəri və sahibin istəyilə heykəltəraş Terpiskorun üzünü və xüsusiyyətlərini ideallaşdırır, hansı ki onlar artıq Aleksandrina de Bleşampa məxsus deyildi.

Sommariva heykəli həddən çox bəyənmiş və Kanovaya yazdığı məktubunda onu öz “gəlini” adlandırmışdı.

Heykəlin başqa bir neçə versiyaları da mövcuddur və fərqli şəhərlərin muzeylərində mühafizə olunur.

Hazırladı: Gülay Qəribova

Mənbə: 

https://artsandculture.google.com/asset/tersicore-antonio-canova/DgE4YJ7Vld8fWA

Paylaş
Şərh əlavə et