Bu gün:

Artemisia Gentileschi-Rəssamlığın Alleqoriyası kimi Öz-portret


24media.az "İncəsənətin inciləri" rubrikasına "Rəssamlığın Alleqoriyası kimi Öz-portret" əsəri ilə davam edir..

Səhnə qadın rəssam Centileskinin öz portretini çəkdiyi anı gözlər önünə gətirib ki, bu da öz növbəsində "rəssamlığın alleqoriyası" kimi təmsil olunur.

Əsər dövründə qadınların az işlədiyi və bu növ işlərdə o qədər məşhur olmadığı vaxta aid nadir feminist mövzunu nümayiş etdirir.

Centileskinin portretində özünü sənətin özü kimi təqdim etməsi dövrünə görə xeyli cəsur addım idi. Lakin onun hələ sonralar çəkdiyi daha möhtəşəm əsərləri bu rəsmini kölgədə qoydu.

Öz-portretin bir alleqoriya olması fikrini 20-ci əsrdə Maykıl Levey təklif etsə də, bir çox incəsənət tarixçiləri bu fikri təkzib etmiş və əsərdəki xüsusiyyətlərin rəssamın digər portretlərindəkilərdən fərqləndiyini vurğulamışlar.

Əsərdə diaqonal xətlərin məharətlə istifadəsi rəsmdəki qadının gah çəkdiyi kanvasa, gah da izləyiciyə tərəf çevrilməsi hərəkətini dolğunlaşdırıb.

Üçölçülü texnikadan istifadə yalnız Centileskinin bir sənətkar kimi istedadını nümayiş etdirmir, həm də tamaşaçıları fiziki və emosional səviyyədə rəsmə cəlb edir.

Rəsmdə işığın mənbəyi bilinməsə də, qabarıq şəkildə soldan düşdüyünü görürük.

Portretdə Centileskinin bədəninin ön hissəsi işıqlı, arxa hissəsi isə qaranlıqdır. "Kiaraskuro" texnikasının belə istifadəsi rəsmə xüsusi dram hissi qatır. Rənglərin və işığın məharətlə istifadəsi portretə dolğunluq və xüsusi gözəllik verir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.rct.uk/collection/405551/self-portrait-as-the-allegory-of-painting-la-pittura

Paylaş
Şərh əlavə et