Bu gün:

Karpal tunel sindromu


Karpal tunel, insan ovucunda sümüklər və bağlar ilə əhatə olunmuş dar bir kanaldır. Karpal tunel sindromuna orta sinir üzərindəki təzyiq səbəb olur. Medial sinir adlanan karpal tuneldə sinirə təzyiq, əllərdə və qollarda uyuşma və zəifliyin olmasına karpal tunel sindromu deyilir.

Karpal tunel sindromunun yaranmasına səbəb nədir?

Karpal tunel sindromunun başlıca səbəbi orta sinir üzərində olan təzyiqdir. Median sinir biləkdən əllərə, qollardan ovuca açılan karpal tüneli adlanan bir keçid vasitəsilə uzanır. Bu sinir kiçik barmaqdan başqa bütün barmaqların ovucunu hiss etməkdən məsuldur. Hissə əlavə olaraq onu demək olar ki, baş barmağın ətrafındakı əzələlərin hərəkət etməsi üçün lazım olan sinir siqnallarını da təmin edir.

Karpal tunel boşluğundakı orta siniri sıxan və ya qıcıqlandıran demək olar ki, hər hansı bir faktor sindroma səbəb ola bilər. Əksər hallarda, karpal tunel sindromu bir səbəblə yaranmır. Müxtəlif risk faktorlarının birləşməsi bu vəziyyətin inkişafına kömək edə bilir.

Romatoid artrit kimi biləkdəki kiçik sümüklərdə deformasiyaya səbəb olan amillər, həmçinin biləkdəki qırıqlar və ya çıxıntılar karpal tuneldəki normal boşluq şəklini dəyişdirə bilər və orta sinirə təzyiq göstərə bilər.

Romatoid artrit və digər iltihablı vəziyyətlər fərdin biləklərindəki tendonların ətrafındakı astarlar təsir edə bilər və bu da birbaşa orta sinirlərə təzyiq göstərə bilər. Bunlara əlavə olaraq, tiroid xəstəlikləri, böyrək çatışmazlığı və lenfödem kimi bəzi digər tibbi vəziyyətlər karpal tunel sindromunun inkişaf riskini artıra bilər.

İş şəraitinin də karpal tunel sindromuna kömək edə biləcəyi müşahidə edilib. Xüsusilə, titrəmə alətləri ilə işləmək və ya biləyin uzun və ya təkrar bükülməsini tələb edən bir montaj xəttində işləmək, orta sinirə zərərli təzyiq verə bilər və ya mövcud sinir zədələnməsinə səbəb olar. Ancaq bu faktorların təkcə karpal tunel sindromunun inkişafına səbəb olmadığı da müşahidə edilmişdir.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Karpal tunel sindromu əlamətləri və simptomları, ümumiyyətlə yavaş başlayır. Normal vəziyyətdə, insanlar əvvəlcə barmaqlarında və ya əllərində uyuşma hiss edirlər. Bir çox halda kiçik barmağından başqa bütün barmaqlarda hiss edilir. Bəzi hallarda barmaqlarda elektrik vurulması kimi hissin olması müşahidə edilib. Şəxslərin simptomlarını aradan qaldırmaq üçün əllərini yelləməsi adi haldır. Narahat hisslər biləkdən qola keçə bilər.

Karpal tünel sindromunun əlamətləri – normal gündəlik həyatlarına və ya yuxu rejiminə müdaxilə edən simptomları olan şəxslər mütləq şəkildə nevroloqa müraciət etməlidirlər. Karpal tunel sindromu müalicə olunmazsa, əllərdə qalıcı sinir və əzələ zədələnməsi ola bilər.

Karpal Tunel Sindromunun qarşısını necə almaq olar?

Karpal tunel sindromunun qarşısını almaq üçün tamamilə təsirli bir metod hələ tapılmamışdır, lakin əllərdə və biləklərdə gərginliyi minimuma endirmək üçün istifadə edilə bilən bir neçə strategiya var. Bunun üçün ilk olaraq həkimə müraciət etməli, həkim müayinəsindən sonra lazım olan əlavə müayinələrdən də keçməlidirlər. Bundan sonra xəstəliyin birbaşa sinirlə əlaqəli olduğunu nəzərə alaraq nevroloqun təyin edəcəyi müalicəni etmək lazımdır. 

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et