
Bu gün Məkkə Səudiyyə Ərəbistanın sərhədləri daxilində yerləşir. Hz. Məhəmmədin uşaqlıq və gənclik illərinin keçdiyi yer olmaqla yanaşı, həm də İslamın müqəddəs şəhəri sayılır.
Məkkənin fəth tarixi Miladi təqvimlə 630-cu il yanvarın 11-i hesab olunur. Məkkənin fəthinin yanvarın 1-də qeyd olunmasının səbəbi isə fəth üçün təyin olunmuş İslam ordusunun Mədinədən yola düşməyi ilə bağlıdır.
Hicrətdən 6 il sonra Hz. Məhəmməd təxminən 1500 müsəlmanla birlikdə ümrə mərasimini yerinə yetirmək üçün Məkkəyə gedib, lakin məkkəlilər Hz. Məhəmmədi şəhərə buraxmayıblar. Bu hadisələrdən sonra iki tərəf arasında 628-ci ildə Hudeybiyyə müqaviləsi imzalanıb. Bu zaman Hz. Məhəmməd və onun yoldaşları Mədinəyə qayıdıblar. Hudeybiyyə müqaviləsi imzalandıqdan sonra Bəni Bəkr qəbiləsi müqavilənin şərtlərinə məhəl qoymayaraq Müsəlman Huza qəbiləsinə hücum edib və Məkkədən Mədinəyə gələn bir heyət Hz. Məhəmmədə Hudeybiyyə müqaviləsinin ləğv edilmə xəbərini verib. Məkkədə müsəlman qəbiləsinə edilən bu hücumdan və müqavilənin məkkəlilər tərəfindən ləğvindən sonra Hz. Məhəmməd İslam ordusuna Məkkəni fəth etmək üçün hərəkətə keçməyi əmr edib. 10 min nəfərdən ibarət İslam ordusu Miladi təqvimlə 630-cu il yanvarın 1-də Mədinəni tərk edərək 630-cu il yanvarın 10-da Məkkəyə çatıblar. Dörd ayrı qoldan şəhərə girməyi planlaşdıran Hz. Məhəmməd ordusunu dörd yerə bölərək şəhərə qarşı hərəkətə keçib. Dörd sütunun üçündə heç bir müqavimətlə qarşılaşmayan müsəlmanlar yalnız bir qolda kiçik bir müdafiə ilə qarşılaşsalar da, Xalid bin Vəlidin komandanlığındakı ordu bu müdafiəyə nüfuz edə bilib. Bu toqquşmalardan sonra İslam ordusu 930-cu il yanvarın 11-də Məkkəni fəth edib.
Mənbə: haberturk.com
Tərcümə etdi: Sevil İsmayılova
