Bu gün:

Miqren və onun əlamətləri


Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərdən biridir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Bütün baş ağrısının yüzdə 90-ı miqren və gərginlik baş ağrısıdır.

Miqren nədir?

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər.

Miqrenin əlamətləri hansılardır?

1. Ümumiyyətlə, ağrı başın bir tərəfində olur;

2. Ağrı çırpınır, orta və ya şiddətlidir;

3. Ürək bulanması, qusma baş verir; 

4. Böhranlarda (hücumlarda) gəlir;

5. Görmə pozğunluqları ağrının başlanğıcında baş verir (aura tipli);

6. Ağrı 4 ilə 72 saat davam edir;

7. Ağrı baş hərəkətləri və fiziki fəaliyyət ilə artır;

8. İşıq və səs narahat edir miqren problemi olan şəxsləri.

Miqren xəstəliyi neçə növə bölünür?

Ümumiyyətlə bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.

Miqren aurası nədir?

Aura simptomlara yaxın miqrendə rast gəlinən simptomlardır. Bu simptomların əksəriyyəti görmə ilə əlaqədardır. Xəstə bir ərazidə və ya bölgədə parlaq işıqlar, ziqzaq xətləri və ya bulanıq görmə, görmə itkisi kimi narahatlıqlar  gördüyünü bildirir. Bundan əlavə, qol və ayaqlarda uyuşma, başgicəllənmə, nitq pozğunluqları da Miqren aurasında görülür. Bu hal 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.

Bəs miqren hansı səbəblərdən yaranır?

Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.

Onu qeyd etmək lazımdır ki, ətraf mühit faktorları genetik meylli şəxslərdə beyində aktivasiya yaradır. Bu aktivasiya beyin damarlarında genişlənməyə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar əsəbləri hərəkətə gətirir və ağrıya səbəb olur.

Miqrenin müalicəsi hər xəstəyə fərdi şəkildə aparılmaqdadır.

Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. 

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et