Bu gün:

Türk qəhvəsinin yanında niyə su verilir?



Su qəhvədən əvvəl yoxsa sonra içilir?


Osmanlı dövründən bu dövrə gələn qəhvə əvvəlcə qəhvəxanalarda, sonra isə evlərdə hazırlanmağa başlanıldı və bu günə qədər davam edir. Türk qəhvəsi ilə suyun verilməsinin səbəbi o dövrlərə gedib çıxır.

Bir rəvayətə görə, qədim zamanlarda qonaq gələndə türk qəhvəsi və suyu birlikdə verilirmiş. Qonaq qəhvədən əvvəl su içərsə, ac olduğu başa düşülür. Bundan sonra ev sahibi dərhal süfrəni hazırladı. Ancaq qəhvədən sonra su içilirsə, bu, qonağın tox olduğuna və yalnız söhbətə gəldiyinə işarədir. Yəni qonaq “acdım” deməz, əksinə, qəhvə ilə niyyətini bildirərdi.

Digər söz-söhbət Osmanlı sarayına əsaslanır. Qədim dövrlərdə sultan üçün hazırlanan yeməyin zəhərli olub-olmaması həmişə yoxlanılırdı. Ancaq türk qəhvəsi tək nəfərlik qəhvə qabında hazırlandığından və sultanın ağzına layiq olduğundan məmurlar qəhvənin dadına baxa bilməyiblər. Buna görə də, sarayda fərqli üsul işlənib hazırlanmışdır. Sultan qəhvəsini içməzdən əvvəl barmağını qəhvəyə batırır, sonra da suya batırırdı. Qəhvənin suda dağılması onun zəhərli olub-olmadığını göstərirdi.

Qəhvənin yanında suyun təklif edilməsinin elmi səbəbi

Şayiələr bir yana, bunun başqa elmi səbəbi də var. Qəhvə böyrək daşının əmələ gəlməsinə yol açan yüksək miqdarda oksalat ehtiva edir. Buna görə də, qəhvə ilə su içmək böyrəklərdən oksalatların çıxarılmasına kömək edir. Belə ki, qəhvədən sonra su içmək sağlamlıq üçün çox vacibdir.

İkinci səbəb dad fakturalarla bağlıdır. Qəhvədən əvvəl bir neçə qurtum su içmək ağzı təmizləyir və digər dadları aradan qaldırır. Beləliklə, qəhvənin saf dadını daha yaxşı dadmaq olar. Qəhvənin sıx dadını azaltmaq və ağız boşluğunu təmizləmək üçün qəhvədən sonra su içilməsinə də üstünlük verilir.

Mənbə: Lezzet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et