Bu gün:

Makiyaja niyə ehtiyac duyuruq?


Makiyaj müasir dövrdə qadınların vazkeçilməzləri arasındadır. Bu fəaliyyət gündəlik həyatın bir hissəsinə çevrilib. 

Makiyaj, demək olar ki, bəşər tarixi qədər qədimdir və tətbiq olunarsa, daha gənc, daha canlı, daha sağlam və gözəl görünmək mümkündür. Bunun fərqində olan qadınlar gündəlik həyatlarında gündəlik fəaliyyətlərinə uyğun olaraq müxtəlif makiyaj variantlarından istifadə edirlər.

Günümüzdə gündəlik sadə makiyaj, gecə makiyajı, məktəb makiyajı, gəlin makiyajı, çini makiyajı kimi günə və fəaliyyətə görə edilə bilən makiyaj tərzləri var. 

Əsrlər boyu həm kişilər, həm də qadınlar tərəfindən istifadə edilib və üstünlük verilib. Çünki insanı olduğundan daha cəlbedici və gözəl göstərir. O, bəzək və qulluq üsulu kimi insanların vazkeçilməz halına gəlib. Hal-hazırda texnologiyanın inkişafı ilə qalıcı makiyaj tətbiqləri son dərəcə populyarlaşıb və gündən-günə inkişaf edir. Bu prosedurlarla dərinin daha qüsursuz, gözlərin və ya burnun isə daha kiçik və böyük görünməsi mümkündür.  Bu gün makiyajdan əvvəl və sonra çəkilişlərdə dəyişikliyin inanılmaz olduğu müşahidə edilir.

Niyə makiyajdan istifadə edirik?


Qadınlar özlərini yaxşı hiss etmək üçün əsrlər boyu bunu edirlər. İndiki vaxtda bir çox insanlar öz cizgilərini vurğulamaq, daha səliqəli görünmək və ətrafdakıları heyran etmək üçün baxımlı görünməyə ehtiyac duyurlar. Kişi və qadınların vazkeçilməz əməllərindəndir. Bundan əlavə, baxımlı görünmək cəmiyyətdə məcburiyyətə çevrilib. İndiki müasir insanlar üçün az qala sosial cəhətdən daha populyar görünmək zərurət kimi qəbul edilir. Bu səbəbdən virtual makiyaj proqramları hətta sosial platformalarda getdikcə populyarlıq qazanır.

Mənbə: Kudammakademi
Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et