Bu gün:

Hipotermiya nədir?


Hipotermiya bədənin yarada biləcəyindən daha çox istilik itirildikdə baş verir. Hipotermiyanın ən çox yayılma səbəbi soyuq hava şəraitinə və ya soyuq suya məruz qalmaqdır. Bununla belə, fərdlər uzun müddət düzgün geyinmədən normal bədən istiliyindən daha soyuq hər hansı bir mühitə məruz qalırlarsa və ya şərtlərin təsirini idarə edə bilmirlərsə, bu da hipotermiyaya səbəbdir.

Geyimlə qoruna bilməyəcəyimiz hava şəraitində bədən istilik itirə bilər.  Külək dərinin səthində nazik isti hava təbəqəsini daşıyaraq bədən istiliyini davamlı olaraq aşağı sala bilər.  Soyuq torpaqla və ya xüsusilə soyuq su, yağış və ya yaş paltar kimi çox soyuq bir səthlə təmasda olduqda termodinamika qanunlarına görə temperaturrumuz aşağı düşür. Şiddətli hipotermiya hallarında huşunu itirə bilər. Nəfəs alma dayanaraq və ya təhlükəli dərəcədə zəifləyərəsə hipotermiyaya məruz qalan şəxsə süni nəfəs verilməlidir. 

Mənbə: aci badem

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et