Bu gün:

Nepo uşaq nə deməkdir?


Nepo uşaqlar var-dövlət içində doğulur və bu uşaqlar qohumları sayəsində məşhurlaşırlar. Bu uşaqların valideynləri varlı və nəcib ailələrdəndir. Soylu və nəcib ailələrdən olan fərdlərdən doğulan uşaqlar da dünyaya gələn kimi bir çox üstünlüklər qazanırlar.


Nepo uşaqlar heç bir mübarizə və səy göstərmədən asanlıqla rəngarəng bir həyata sahib ola bilərlər. Valideynləri zəngin və nəcib olduqları üçün ən yaxşı məktəblərdə oxumaq şansı qazanan bu uşaqlar məqsədlərinə çox daha asan çata bilirlər. Onlar asanlıqla karyera qura və bir çox ictimai fəaliyyətlər həyata keçirirlər. Erkən yaşlarından fərqli idmanla tanış olan bu uşaqlar aldıqları məşq sayəsində uğurlu idmançı və ya musiqiçiyə də çevrilirlər.

Məşhur nepo uşaqlar arasında Rihanna, Leonardo DiKaprio var. Bu məşhurlar valideynlərinin güclü və nəcib həyat tərzi sayəsində dünya şöhrətli insanlar olmağı bacarıblar.

Ailələrinin dəstəyi sayəsində musiqi, aktyorluq kimi bir çox sahədə özlərini sübut etməyi bacaran bu məşhurların dünyaya gələn övladları da onlar kimi nepo uşaqlar olacaq.

Bu konsepsiya necə yaranıb?

Bu konsepsiya ilk dəfə 2022-ci ildə Twitter-də təqdim edilib. Bu konsepsiya məşhur rejissorun qızı heç bir aktyorluq təcrübəsi və istedadı olmadan dünyanın ən məşhur seriallarından birində görünməyə başlayanda ortaya çıxıb. Konsepsiya ilə ailəsindən faydalanan və heç bir səy göstərmədən məşhur olmağı bacaran insanlar tənqid edilir.

Mənbə: ulutr.com 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et