Bu gün:

Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər baş verir?


Zərərli vərdişlərin həyatımıza təsiri gün keçdikcə daha çox artmaqdadır. Siqaretin ziyanı haqqında isə çox danışmışıq. Siqareti tərgitdiyimiz müddət ərzində baş verən dəyişikliklərə baxsaq siqaretin zərərini başqa prizmadan müşahidə etmiş olarıq.

Siqareti atmağa başladığımız andan bədənimizin göstərdiyi reaksiyalar:

•20-ci dəqiqədən sonra qan təzyiqi normala qayıdır. 


•8-ci saatdan sonra oksigen konsentrasiyası artır. 


•24-cü saatdan sonra infarkt riski azalmağa başlayır. 


•48-ci saatdan sonra dad və qoxu hissləri yaxşılaşır. 


•2-ci həftədə ağciyər tutumu 30% artır. 


• Nəfəs keyfiyyəti 1-9 ay arasında yüksəlir. 


• 5-ci ilin sonunda ağciyər xərçəngi riski iki dəfə azalır. 


Siqareti buraxdıqdan sonra orqanizmdə bir çox dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər insandan insana və proses boyunca dəyişə bilər. Ancaq siqareti buraxdığınız zaman sağlamlığınıza doğru böyük bir addım atacaq və bir çox xəstəliklərin qarşısını alacaqsınız. 


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et