Bu gün:

Kaktus meyvəsi və onun faydaları


Kaktus meyvəsi və onun faydaları nədir? Kaktus meyvəsini necə istifadə etmək olar? Həm sağlam, həm də ləzzətli kaktus meyvəsini fərqli istifadə yollarını təqdim edirik:

Vətəni Cənubi Amerika olan kaktus meyvəsi quru və isti bölgələrdə bitir. Xalq arasında “tikanlı əncir, şeytan dili, qayınana” kimi adlarla da tanınır. Türkiyənin Ege və Aralıq dənizi bölgələrində yetişdirilən kaktus buzda saxlanılaraq bazarlarda satılır. Çöl hissəsi tikanla dolu olduğundan onu yığmaq çətindir. Bundan əlavə, çılpaq əllərlə təmas etmək arzuolunmazdır. Bir kaktus meyvəsi 8 kkal ehtiva edir. Kaktus meyvəsinin faydaları:

• Bol C vitamini ehtiva edən kaktus meyvəsi antioksidan xüsusiyyətlərə malikdir.

• Dərinin daha sağlam görünməsini təmin edən kaktus meyvəsi göz altı şişliklərinə də yaxşı təsir göstərir. 

• Afrodizyak təsiri var.

• Bağırsaq funksiyalarını tənzimləyərək qəbizlik və həzm pozğunluğuna aradan qaldırır.

• Yorğunluq problemlərinin qarşısını alır.

• Xolesterolu azaldır tarazlaşdırır.

• Həzm sisteminin nizamlı işləməsinə kömək edir. 

• İmmunitet sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

• Günə enerjili başlamağınıza kömək edir.

• Yüksək lif tərkibinə malikdir. Kalorisi az olduğu üçün diyetdə olanlar da istifadə edə bilər.


Mənbə: Lezzet

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et