Bu gün:

İlk rəngli kamera nə vaxt icad edilmişdir?


1839-cu ildə kamera ilk dəfə icad ediləndə böyük maraq ilə qarşılandı. Lakin bu sürpriz tez bir zamanda məyusluğa çevrilir. İnsanlar kadrları belə incə detallarla qeyd edə bilən bir cihazın rəngi necə qeyd edə bilməyəcəyini anlamırdılar. Bundan sonra mexaniklər təbiətin yalnız formasını deyil, həm də rənglərini dəqiq tutmaq üçün bir yol axtarmağa başladılar. Ancaq ilk rəngli kamera üçün bir qədər gözləmək lazım idi.

Rəngli kameranın yaradılması üçün ilk böyük addım xromoqramın ixtirası ilə atıldı. Amerikalı fotoqraf və ixtiraçı Frederik Ayves rəng filtrlərindən keçən üç rəng ayırma neqativinə əsaslanan sistem hazırlayır. Bu neqativlər xüsusi həsaaslıq ilə hazırlanır və onlar kromskop adlı xüsusi görüntüləyiciyə yerləşdirilirdi. 

Dünyada ilk rəngli fotoqrafiya nümunələri üçün bu atılan bu addım nəticədə avtoxroma çevrildi və bu da ilk rəngli kameranın yaranmasına zəmin yaratdı. Avtoxrom 1890-cı illərdən XX əsrin əvvəllərinə qədər rəngli fotoqrafiya sahəsində təcrübə keçirən iki fransız qardaş, Auguste və Louis Lumière tərəfindən icad edilib.

Avtoxrom plitələrdən istifadə etmək sadə idi. Bunun üçün heç bir xüsusi avadanlıq tələb olunmur və fotoqraflar mövcud hazır kameralardan istifadə edə bilirdilər. Bununla belə, şəklin hazırlanma müddəti uzun çəkirdi. Parlaq günəş işığında şəkil 1 saniyəyə, buludlu havada isə 10 saniyə və ya daha çox müddətə hazır olurdu. Hətta yaxşı işıqlandırılmış bir studiyada portretlər üçün 30 saniyəyə qədər ekspozisiya tələb olunurdu.

Mənbə: Fotofilm Akademi

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et