Bu gün:

“Qızdırma müəyyən bir səviyyədə olduqda…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi həkim Adil Qeybulladır. O, yüksək hərarətdən və onun qarşısının alınmasından danışıb.


-Uşağın hərarəti uzun müddət normadan yüksək olarsa, valideynlər nə etməlidirlər?




Qızdırma orqanizmin müdafiə reaksiyasıdır. Bu orqanizmdə müxtəlif xəstəliklərə, iltihabi proseslərə, intoksik hadisələrə və s. qarşı orqanizmin verdiyi reaksiyasıdır. Həmçinin orqanizmin xəstəliklə vuruşma prosesidir. Ona görə də, qızdırma müəyyən bir səviyyədə olduqda məsələn, (37,38) onu aşağı salmağa cəhd eləmək lazım deyil. Amma qızdırma çox yüksək olduqda, xüsusilə, 38-dən yuxarı qalxdıqda ona ciddi nazərət olunmalıdır. Uşaqların su tutumu azdır və asanlıqla qıcolmaya meyillidirlər. Bu baxımdan, qızdırma 40 və s.  olduqda uşaqlarda qıcolma baş verə bilər. Ümumiyyətlə, dünyanın hər bir yerində “paracetamol” əsaslı dərmanlarla qızdırma salınır. Uşaqlar üçün “panadol” və “efferalgan” dərmanları yaxşıdır. İstənilən dərmanın verilməsi həkim, pediatr nəzarəti ilə olmalıdır.


Səmayə Qədirova

Paylaş
Şərh əlavə et